AĞCABƏDİ VƏ BƏRDƏ RAYONLARINDA “PAMBIQ SƏPİNİNƏ HAZIRLIQ VƏ SƏPİNİN SƏMƏRƏLİ TƏŞKİLİ” MÖVZUSUNDA MÜŞAVİRƏLƏR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

AĞCABƏDİ VƏ BƏRDƏ RAYONLARINDA “PAMBIQ SƏPİNİNƏ HAZIRLIQ VƏ SƏPİNİN SƏMƏRƏLİ TƏŞKİLİ” MÖVZUSUNDA MÜŞAVİRƏLƏR KEÇİRİLİB
Aprelin 13-də Ağcabədi rayon Mədəniyyət Mərkəzində “Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili” mövzusunda müşavirə keçirilib.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, nazirliyin yerli strukturlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak ediblər.

Tədbirdə pambıqçılığın inkişafı məsələlərinə dair Bərdədə keçirilən respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrası çərçivəsində görüləcək işlər müzakirə olunub.

AĞCABƏDİ VƏ BƏRDƏ RAYONLARINDA “PAMBIQ SƏPİNİNƏ HAZIRLIQ VƏ SƏPİNİN SƏMƏRƏLİ TƏŞKİLİ” MÖVZUSUNDA MÜŞAVİRƏLƏR KEÇİRİLİB
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək, pambıqçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, çiyid səpininə hazırlıqla əlaqədar görüləcək işlərdən danışıb. Məlumat verilib ki, 2017-ci ildə Ağcabədi rayonunda 9550 hektar sahədə pambıq əkilib, 20 min 497 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 21,5 sentner olub. 2016-cı illə müqayisədə pambıq əkini sahələri 2,6 dəfə, pambıq istehsalı isə 2,3 dəfə artıb. 2018-ci ildə 10 min 50 hektar sahədə pambıq becərilməsi planlaşdırılıb.

Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev “Azərbaycanda pambıqçılığın inkişafı - hədəflər və perspektivlər” mövzusunda çıxış edərək, nazirlik tərəfindən bu sahədə görülmüş işləri və qarşıda duran AĞCABƏDİ VƏ BƏRDƏ RAYONLARINDA “PAMBIQ SƏPİNİNƏ HAZIRLIQ VƏ SƏPİNİN SƏMƏRƏLİ TƏŞKİLİ” MÖVZUSUNDA MÜŞAVİRƏLƏR KEÇİRİLİBhədəfləri diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə pambıqçılığın inkişafı istiqamətində ardıcıl tədbirlər görülür, bu sahəyə yüksək dövlət qayğısı göstərilir. Prezident İlham Əliyev Bərdədə keçirilən müşavirədə məhsuldarlığın yüksəldilməsini mühüm vəzifə kimi qarşıya qoyub. Pambığın satınalma qiymətinin artırılması, texnika ilə, mineral gübrələrlə təminat və bu sahələrdəki güzəştlər fermerlərə geniş imkanlar verir. Bu gün qarşıda duran əsas hədəf intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmaqdır.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, “Aqrolizinq” ASC-nin sədri Elşən Məmmədov “Texnika və gübrə ilə təminatın vəziyyəti”, Bitki Sortlarının Qeydiyyatı və Toxun Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Pambıq toxumu ilə təminatın vəziyyəti”, Dövlət Fitosanitar Nəzarət Xidmətinin rəisi Camal Quliyev “Pestisidlərlə təminatın vəziyyəti” barədə məruzələrlə çıxış ediblər.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb. Mütəxəssislər tərəfindən fermerlərə pambıqçılıqla bağlı torpağın səpinə hazırlanması, əkin, becərmə, alaq otlarına, zərərvericilərə qarşı mübarizə və sair barədə geniş izahat və məsləhətlər verilib.

Kənd Təsərrüfatı Nazirliyi günün ikinci yarısında Bərdə rayonunda da “Pambıq səpininə hazırlıq və səpinin səmərəli təşkili” mövzusunda müşavirə keçirib.