Belarus 800/820/890/892 traktorları

Böyütmək | Kiçiltmək AZƏRBAYCAN RESPUBLİKASI
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ


TEXNİKİ SİYASƏT ŞÖBƏSİ

LƏNKƏRAN DÖVLƏT MAŞIN SINAQ
STANSİYASI



BELARUS 800/820/890/892
TRAKTORLARI


Baş verə biləcək nasazlıqlar və onların
aradan qaldırılması yolları



MEXANİZATOR ÜÇÜN YADDAŞ

Lənkəran - 2015































AZƏRBAYCAN RESPUBLİKASI
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ



TEXNİKİ SİYASƏT ŞÖBƏSİ

LƏNKƏRAN DÖVLƏT MAŞIN SINAQ
STANSİYASI








BELARUS 800/820/890/892
TRAKTORLARI


Baş verə biləcək nasazlıqlar və onların
aradan qaldırılması yolları








MEXANİZATOR ÜÇÜN YADDAŞ


Lənkəran - 2015
















































Belarus 800/820/890/892 traktorunda baş verə biləcək nasazlıqlar, onların yaranma səbəbləri və aradan qaldırılması yolları kitabçası bölgədə bu tipli traktorları istismar edən mexanizatorlar üçün nəzərdə tutulmuşdur.
Tövsiyyə kitabçası Lənkəran Dövlət Maşın Sınaq Stansiyasının mütəxəssisləri tərəfindən hazırlanmışdır.











1. G İ R İ Ş.

“Belarus 800/820/890/892 traktorlarında baş verə biləcək nasazlıqlar, onların yaranma səbəbləri və aradan qaldırılması yolları” broşurası bu tip traktorları istismar edən mexanizatorlar üçün əsas vəsaitdir. Bu broşura traktorların səmərəli istismarı və nasazlıqlara görə boş dayanma hallarını aradan qaldırmaq və traktorun gündəlik iş normativlərini yüksəltmək məqsədilə yazılmışdır. Bu borşuradan istifadə etməklə mexanizator (traktorçu) yaranmış nasazlıqları operativ olaraq aradan qaldırır və bununla təmir işlərinə əmək sərfiyyatını aşağı salır.










-1-
Dizel mühərrikləri
D-243.5 / D-243.S

Parametrlər Ölçü
vahidləri Ölçünün
nəticələri
Tip Dördtaktlı dizel turbokompressorla
Silindrin sayı ədəd 4
Silindrlərin düzülüşü bir cərgədə
Silindrin iş həcmi m3 4,75
Silindrlərin işləmə ardıcıllığı 1.3.4.2
Silindrin diametri mm 110
Porşenin gedişi mm 125
Sıxma dərəcəsi dərəcə 16
Nominal gücü kVt 57,7
İstismar gücü kVt 109
Dirsəkli valın nominal dövrlər sayı dövr/dəq 2200
Xüsusi yanacaq sərfi qr/kVt.saat 233
Ümumi yağ sərfiyyatı (yağın dəyişdirilməsi nəzərə alınmaqla) % yanacaq sərfiyyatına
1,1
Dizelin çəkisi kq 430
Soyutma sistemi TOCOLA-40 l 31
Yağlama sistemi M-10 l 22

-2-
BAŞ VERƏ BİLƏCƏK NASAZLIQLAR VƏ ONLARIN ARADAN QALDIRILMASI ÜSULLARI

Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
2. MÜHƏRRİK
Mühərrik işə düşmür
Yanacaq sistemində hava var. Qovucu nasos vasitəsi ilə sistemdən havanı çıxardın. Yanacaq sisteminə havanın daxil olmasının qarşısını alın.
Yanacaq nasosu nasazdır. Yanacaq nasosunu mühərrik üzərindən açın və təmir üçün emalatxanaya göndərin.
Yanacaq süzgəcləri tutulub. Yanacağı kobud təmizləyici süzgəci yuyun və incə təmizləyici süzgəcin süzücü elementlərini dəyişin.
Mühərrik kifayət qədər qızdırılmamışdır. Soyuq havada işə salmanı yüngülləşdirən xüsusi vasitədən istifadə edin.
Mühərrik tam gücünü vermir
Yanacaq nasosunun nizamlayıcısının idarəedici qolu axıra qədər getmir. Yanacaq nasosun idarəedici qolunu nizamlayın.
İncə yanacaq süzgəcin süzücü elementi zibillənib. Süzücü elementi dəyişin.
Forsunkalar nasazdır. Nasaz forsunkaları müəyyən edin, yuyun və nizamlayın.
Yanacağın püskürmə bucağı düzgün qoyulmamışdır. Yanacağın tövsiyyə olunan püskürmə bucağını qoyun. Püskürmə bucağı 220 olmalıdır.


-3-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Silindrin daxilinə verilən havanın təzyiqi aşağı düşüb. Turbokompressoru mühərrik üzərindən sökün və təmir üçün emalatxanaya göndərin.
Yanacaq sisteminə hava daxil olur. Qovucu nasos vasitəsilə havanı sistemdən çıxardın.
Mühərrik bütün iş rejimlərində tüstü buraxır
Xaricetmə borudan qara tüstü çıxır
Mühərrikin hava təmizləyicisi zibillənib. Hava təmizləyiciyə texniki xidmət göstərin.
Forsukanın tozlandırıcısının iynəsi yeyilib. Nasaz forsunkanı müəyyən edin, tozlandırıcını yuyun və ya dəyişin. Sonra forsunkanı (17,5÷18,0 MPa) təzyiqində nizamlayın .
Yanacaq nasosu nasazdır. Yanacaq nasosunu mühərrik üzərindən sökün və təmir üçün emalatxanaya göndərin.
Mühərrik həddindən çox yüklənib. Aşağı sürətə keçməklə mühərrikin yüklənməsini azaldın.
Xaricetmə borudan ağ tüstü çıxır
Mühərrik vaxtaşırı soyudulmuş vəziyyətdə işlədilir. Mühərriki qızdırın və iş zamanı soyuducu mayenin temperaturunu 70-950 S arasında saxlayın.
Yanacağın tərkibinə su daxil olub. Yanacağı dəyişin.
Yanacağın püskürmə bucağı düzgün qoyulmamışdır. Tövsiyyə olunan püskürmə bucağını qoyun. Püskürmə bucağı 220 olmalıdır.
Klapanlarla kromosla arasında ara boşluğu (zazor) Klapanlarla koromosla arasındakı ara boşluğu (zazor) nizamlayın
-4-

Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
yoxdur. Sovurucu klapanda 0,25…0,30 mm xaricetmə klapanında 0,40...0,45 mm.
Xaricetmə borudan göy tüstü çıxır.
Gilz-porşen qrupu hissələrinin yeyilməsi nəticəsində yanma kamerasına yağ daxil olur. Gilz-porşen qrupunun yeyilmiş hissələrini dəyişin.
Mühərrikin karterində yağ normadan çoxdur. Artıq yağı süzün və tələb olunan səviyyəni qoyun.
Mühərrik birdən sönür
Yanacağın verilməsi kəsilmişdir. Yanacaq bakında yanacağın olmasını, yanacaq borularının, süzgəclərin və qovucu nasosun sazlığını yoxlayın.
Mühərrik həddindən çox qızır
Soyutma sistemində lazımi qədər soyuducu maye yoxdur. Lazımi səviyyəyə qədər soyuducu maye əlavə edin.
Radiator xaricdən çirklənib. Radiatoru təmizləyin.
Soyutma sistemində ərp və çirk var. Soyutma sistemini təmizləyin və yuyun.
Termostatın klapanı tam açılmır. Termostatı dəyişin.
Ventilayatorun qayışının tarımlığı azdır
Tarımlayıcı qolun yayı qırılıb. Yayı dəyişin.
Tarımlayıcı şkivin qolu oxda pərçimlənib. Tarımlayıcı qurğunu sökün və nasazlığı aradan qaldırın.
Ventilyatorun qayışının və Qayışı sökün. Qayışın və
-5-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
şkivlərinin səthinə yağ düşmüşdür. şkivlərin üzərindən yağı təmizləyin.
Qızmış mühərrikdə yağın təzyiqi aşağıdır
Təzyiqi göstərən cihaz nasazdır. Təzyiq göstərən cihazı dəyişin.
Yağ borularının birləşmələrində kiplik pozulmuşdur. Kiplik pozulmuş yeri müəyyən edin və onu bərpa edin.
Mühərrikin karterində yağın səviyyəsi çox aşağıdır. Yağı şupda göstərilən maksimum həddə qədər əlavə edin.
Yağ süzgəcin gövdəsində qoruyucu klapan tutulub. Klapanı yuyun və yağlama sistemində təzyiqi nizamlayın.
Dirsəkli valın ana və şatun
boynunun içliklər yeyilmişdir Ana və şatun boynu içlikləri dəyişin.
Yağ nasosu nasazdır. Nasazlığın səbəbini müəyyən edin və aradan qaldırın.
Turbokompressor
Turbokompressorun rotoru fırlanmır
(xarakterik səs tonu yoxdur)
Rotorun fırlanmasına mane olan kənar əşyalar var. Sovurucu və xaricetmə borularını sökün və kənar əşyanı götürün.
Rotor podşipnikdə pərçimlənib. Turbokompressoru dəyişin.
Kompressor və ya turbin tərəfindən yağ xaricə verilir, turbokompressorun yağ kipləşdiricisinin germetikliyi pozulub. Turbokompressoru mühərrik üzərindən açın və təmirə göndərin.
-6-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Ventilyatorun muftasının avtomatik idarə etmə sistemi
Mühərrikin çıxışında suyun temperatur 970 S qalxdıqda ventilyator işə düşmür və ya temperatur 700 S-dən aşağı olduqda ventilyator sönmür
Termogüc datçiki və ya ventilyatorun muftası nasazdır. Ventilyatorun muftasını sökün. Su nasosunun ştokunu axıra qədər sıxın və xaricdə qalan hissəsini ölçün. Mühərriki işə salın və sistemdə suyu 80-850
S-yə qədər qızdırın. Sonra mühərriki söndürün və su nasosunun ştokunun xaricə çıxmasını ölçün.
1. Əgər ştokun ölçüsü çoxalmayıbsa onda termogüc datçikini dəyişin.
2. Əgər ştokun xaricə çıxması
6-8 mm çoxalıbsa onda ventilyatorun muftasını dəyişin. Nasaz muftanı təmirə göndərin.
3. İlişmə muftası
İlişmə muftası burucu momenti tam vermir
(boş fırlanır)
Aparıcı podşipniklə sıxıcı qollar arasındakı aralıq (zazor) yoxdur (pedalın boş gedişi azdır). Muftanı nizamlayın. Ara boşluğu (zazor) 3,0 mm olmalıdır. Muftanın pedalının boş gedişi isə 40…50 mm olmalıdır.


-7-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
İlişmə muftası tam birləşmir (ilişmə muftasının qolu əvvəlki vəziyyətinə qayıtmır). Səbəbini aydınlaşıdırın və nasazlığı aradan qaldırın.
Aparıcı disklərin friksion üzlükləri yeyilmişdir. Aparıcı diskləri dəyişin.
Aparıcı disklərin səthinə yağ düşmüşdür. Səbəbini öyrənin və çatışmamazlığı aradan qaldırın.
İlişmə muftası tam ayırmır
Aparıcı podşipniklə sıxıcı qollar arasındakı ara boşluq (zazor) çoxalıb. Ara boşluğu (zazoru) nizamlayın. Ara boşluğu 3,0 mm olmalıdır.
İlişmə muftasının pedalını tam sıxdıqda muftanın qolunun tam gedişi alınmır. İlişmə muftasının qolunun və uyğun olaraq hidravlik gücləndiricinin porşeninin tam gedişini təmin edin.
Sıxıcı qollar aparıcı podşipnikinin səthinə bərabər səviyyədə oturmur. Sıxıcı qolların vəziyyətini nizamlayın. Ara boşluğu (zazor) 3,0 mm olmalıdır.
Pedalı buraxanda ilişmə muftasının qolu əvvəlki vəziyyətinə qayıtmır
Baş silindrin itələyicisi ilə porşen arasında ara boşluq (zazor) yoxdur. Nizamlayın. Ara boşluğu 4,5...9,5 mm olmalıdır.
İşçi silindrin itələyicisi ilə hidravlik silindrin ştoku arasında boşluq (zazor) yoxdur. Nizamlayın. Ara boşluğu 8...11 mm olmalıdır.
Baş silindrin porşeni reversdə pərçimlənib
(əvvəlki vəziyyətinə qayıtmır),
manjet və kipləşdirici üzüklər şişib
-8-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Manjetlərin şişməsi nəticəsində işçi silindrin porşeni pərçimlənib. Uyğun markalı tormoz mayesindən istifadə edilmir və yaxud tormoz mayesinin tərki-
bində yağ, benzin və dizel yanacağı var.
Hidravlik ötürücü sistemin daxilini tormoz mayesi ilə yuyun, kipləşdirici üzükləri və manjeti dəyişin. Tormoz mayesini dəyişin.
Hidravlik gücləndiricinin porşeni pis hərəkət edir. Hidravlik gücləndiricini dəyişin.
Reversdə baş silindrin köməkçi deşiyi tutulmuşdur. Baş silindrin reversində deşiyi təmizləyin və sistemdən havanı xaric edin.
Sıxıcı yay elastikliyini itirib. Yayı dəyişin.
Pedalı sıxdıqda ilişmə muftasının qolunun tam gedişi təmin olunmur
Baş silindrin reversində porşenlə itələyicisi arasında boşluq (zazor) yoxdur. Nizamlayın. Ara boşluğu 4,5…9,5 mm olmalıdır.
İşçi silindrin itələyicisi ilə hidravlik gücləndiricinin ştoku arasında boşluq (zazor) yoxdur. Nizamlayın. Ara boşluğu 8…11 mm qoyulmalıdır.
İlişmə muftasının idarəetmə hidravlik sistemində hava var. Hidravlik sistemdən tormoz mayesi ilə havanı çıxardın.
Hidravlik sistemin baçokunda tormoz Tələb olunan səviyyəyə qədər tormoz mayesini əlavə edin.

-9-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
mayesinin səviyyəsi aşağıdır.
Hidravlik sistemin borularından və birləşmələrindən yağ axır. Hidravlik sistemə hava daxil olub. Birləşmələri bərkidin və zədələnmiş hissələri dəyişin.
Porşendə deşik tutulmuşdur (reversdə). Nəticədə baş silindirdə nasazlıq yaranır və kipləşdiricidən hava silindirin daxilinə keçir. Deşiyi təmizləyin. Tormoz mayesi ilə havanı qovub sistemdən çıxarın.
Hidravlik gücləndiricinin kipləşdirici üzüyündən yağ axır. Kipləşdirici üzüyü dəyişin.
İlişmə muftasının pedalına reversdən sıxılma qüvvəsi yoxdur. Hidravlik sistemdə hava var. Baş işçi silindrin manjetini və kipləşdirici üzükləri dəyişin. Hidravlik sistemdən havanı çıxarın.
Yüksək təzyiqli rezin borunun həcmi artır və şişib uzanır. Yüksək təzyiqli rezin borunu dəyişin.
4. Sürətlər qutusu və arxa körpü
Ötürmələrin birləşdirməsi çətinləşir
İlişmə muftasında nizamlama pozulmuşdur. Nizamlayın. Ara boşluğu (zazor) 3,0 mm olmalıdır.
Sürətlər qutusunun hidravlik sistemində
təzyiq aşağıdır
Transmissiyanın gövdəsində yağın səviyyəsi aşağıdır. Gövdəyə yağı P nöqtəsinə qədər əlavə edin.
Buraxıcı klapan pərçimlənib. Klapanı yuyun və nizamlayın.
-10-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Sürətlər qutusunda yüksək təzyiq var
Sürətlər qutusunun torlu süzücü elementi çirklənib. Süzgəci yuyun.
Buraxıcı klapan pərçimlənib. Klapanı yuyun.
Traktoru dayandırdıqda və muftanı sıxdıqda təzyiq sıfra qədər aşağı düşür
Nasosa ötürmə traktorun hərəkət sistemindən verilir. Nasosa ötürməni mühərrikdən verilməsini təmin edin.
Baş son ötürücüdə yüksək səs-küy var
Baş ötürcünün dişli çarxlarında ilişmənin və differansialın podşipniklərində nizamlama pozulmuşdur. Dişli çarxlarda ilişməni və podşipniklərdə aralığı (zazor) nizamlayın.
5. Tormoz
Tormozlar yaxşı işləmir (tormozlama getmir)
Tormozların idarəetmə sistemində nizamlama pozulmuşdur. Nizamlayın. Ara boşluq 6…12 mm olmalıdır.
Tormoz disklərin səthinə yağ düşüb və yaxud üzlüklər yeyilib. Üzlükləri yuyun və lazım olarsa dəyişin.
Baş silindrin tormoz mayesinin səviyyəsinin “Min” nöqtəsindən aşağı olduğuna görə hidroötürücü sistemə hava daxil olub. “Max” nöqtəsinə qədər maye əlavə edin və sistemdən havanı çıxardın.
Manjetlərin zədələnməsi səbəbindən baş və işçi silindrdə kiplik itib. Manjetləri dəyişin. Havanı sistemdən çıxardın.
-11-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Boru birləşmələrindən tormoz mayesi xaricə axır. Boruların birləşmələrini sıxın və zədələnmiş hissələri dəyişin.
Tormozlama getmir
Pedalların azad gedişi yoxdur. Nizamlayın. Pedalın azad gedişi 6…12 mm olmalıdır.
Baş və işçi silindrlərin manjetləri zədələnib
İşçi səthlərin çirklənməsi və korroziyası. Qoruyucu çexolları dəyişin. Silindirləri təmizləyin. Korroziyanı yuyun və kənarlaşdırın.
Yağın sistemə düşməsi nəticəsində manjetlər şişir. Sistemi yuyun. Manjeti dəyişin.
Tormozlamadan sonra pedallar əvvəlki vəziyyətinə tam qayıtmır
Sıxıcı disklərdə profilli kanallar yeyilib. Sıxıcı diskləri dəyişin.
Pedalların, işçi silindrlərin və sıxıcı disklərin yayları elastikliyini itirib və yaxud qırılıb. Yayları dəyişin.
DİQQƏT! Tormoz sistemi olmayan yarımqoşma maşınların traktorun tormoz sisteminə birləşdirilməsi yol verilməzdir. Əgər onların çəkisi traktorun çəkisinin yarısından çoxdursa.
Diferensialın blokirovkası işləmir.
Blokirovka muftasının disklərinin üzərinə yağ düşüb. Yağın xaricə axmasının qarşısını alın və diskləri yuyun.
Blokirovka mexanizminə verilən yağın təzyiqi aşağıdır. Arxa körpünün diferensialının blokirovkasına verilən yağın

-12-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
təzyiqini yoxlayın. O, 0,9÷1,0 MPa olmalıdır.
Arxa körpünün defferensialının blokirovkasının elektro- hidravlik klapanı işləmir. Elektrik dövriyyəsində qoruyucuların, rele və digər elementlərin sazlığını yoxlayın və nasazlığı aradan qaldırın.
Arxa güc valı (VOM) burucu momenti tam ötürmür və ya ayıranda öz-özünə fırlanır.
Tormoz lentlərin friksion üzlüklərinin həddindən çox yeyilməsi nəticəsində idarəetmənin nizamlanması pozulmuşdur. Güc valının (VOM) idarəetmə mexanizmini nizamlayın.
İdarəetmənin hidravlik sistemi nasazdır. İxtisaslı mütəxəssisə müraciət edin.
6. Qabaq aparıcı körpü
Qabaq aparıcı körpüdə lazım olan dartı qüvvəsi yaranmır
Hərəkət ötürücü mufta burucu momenti ötürmür:
Muftanın busterində yağın təzyiqi aşağıdır. Yağ bölüşdürücünü sökün və hissələri yuyun.
Ötürücü mufta boş fırlanır, burucu momenti tam ötürmür. Transmissiyanın hidravlik sistemində təzyiqi yoxlayın və nizamlayın (9-10 kqs/sm2). Yeyilmiş diskləri dəyişin.
Qabaq körpünün idarəetmə sisteminin elektrik sxemində nasazlıqlar var. Nasazlığı müəyyən edin və aradan qaldırın.
Hidravlik sistemdə yağın xaricə axması nəticəsində muftanın ötürücü momenti azalır:
-13-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Rezin kipləşdirici üzüklər yeyilmişdir. Kipləşdirici üzükləri dəyişin.
Porşenin və muftanın barabanının üzükləri yeyilmişdir. Üzükləri dəyişin.
Qabaq körpünün hərəkət ötürücüsü avtomatik rejimdə işləmir
Avtomatik ayırıcının datçiki nasazdır və yaxud nizamlama pozulmuşdur. Ayırıcını nizamlayın və yaxud onu dəyişin.
Baş ötürücüdə yüksək səs və qızma var
Baş ötürücünün dişli çarxlarının podşipniklərində boşluq var. Dişli çarxların podşipniklərini nizamlayın.
Baş ötürücünün dişli çarxları düzgün birləşmir. Yoxlayın və birləşməni kontakt nöqtəsi üzrə nizamlayın.
Təkərlərin maksimal dönmə bucağında səs yaranır
Qabaq körpü lazımi rejimdə işləmir. Qabaq körpü məcburi rejimdə işləyir. Qabaq körpünün birləşmə rejimini yoxlayın və dəstəyi “Ayırıb” və ya “Avtomatik” vəziyyətdə qoyun.
Hərəkət zamanı şkvorneydə səs yaranır
Şkvorneylərin podşipniklərində nizamlama pozulmuşdur. Yoxlayın və nizamlayın.
Təkərləri birdən döndərdikdə səs əmələ gəlir
Sükan qollarının və döndərmə hidrosilindirlərin barmaqlarında boşluq var. Yoxlayın və nizamlayın. Təlimatda “nizamlama” bölməsinə bax.
Baş ötürücünün flansının manjetindən yağ axır
-14-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Flansın manjetləri yeyilib və ya zədələnib. Yeyilmiş hissələri dəyişin.
Təkərlərin reduktorlarının sapunlarından yağ damcılanır
Reduktorlarda yağın səviyyəsi çoxdur. Yoxlayın və düzgün səviyyəni qoyun.
Təkərlərin reduktorlarının aparıcı dişli çarxlarının manjetindən yağ damcılanır
Dişli çarxların podşipniklərində ara boşluğu (zazor) artıb. Yoxlayın və nizamlayın. Təlimatda “nizamlama” bölməsinə bax.
Manjetin yeyilməsi və ya zədələnməsi. Manjeti dəyişin. Təlimatda “nizamlama” bölməsinə bax.
Təkərlər müəyyən bucaq altında meyillənir
Təkərlərin reduktorlarının şkvorneylərinin podşipniklərində boşluq (zazor) var. Yoxlayın və nizamlayın.
Qabaq təkərlərinin podşipniklərində böyük boşluq (zazor) çoxalıb. Yoxlayın və flansın podşipniklərində ara boşluğu (zazor) nizamlayın.
Sükan idarəetmə sisteminin hidravlik silindirlərin podşipniklərində boşluq var. Yeyilmiş hissələri dəyişin.
Qabaq təkərlərin şinlərinin yüksək dərəcədə
yeyilməsi və genişlənməsi
Təkərlər bir-birinə nisbətən düz qalmır. Nizamlanma pozulmuşdur. “Nizamlama” bölməsi üzrə nizamlanmanı aparın.
Şinlərdə havanın təzyiqi Şinlərdə təzyiqi tələb olunan
-15-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
tələb olunan normaya uyğun gəlmir. normada nizamlayın. Qabaq təkərlərdə - 0,10÷0,2 MPa.
Arxa təkərlərdə-0,08-0,17 MPa
Qabaq aparıcı körpü həmişə məcburi birləşdirilib. Qabaq aparıcı körpünün birləşib-ayrılmasını yoxlayın. Nasazlıq aşkar olunarsa onu aradan qaldırın.
7. Sükan idarəetmə mexanizmi
Sükan çarxının fırladılmasına çox qüvvə tələb olunur
Sükan hidravlik sistemində təzyiq yoxdur və ya azdır (təzyiq 140…155 kqs/sm2 olmalıdır)
Bakda yağın səviyyəsi aşağıdır. Qidalandırıcı nasos lazım olan təzyiqi yaratmır. Bakı tələb olunan səviyyəyə qədər yağla doldurun və havanı çıxarın.
Nasos dozatorun klapanı açılıb və yaxud aşağı təzyiqə nizamlanıb. Klapanı yuyun və 140…155 kqs/sm2 təzyiqə nizamlayın.
Sistemin sovurucu magistral kanalına hava daxil olub. Sovurucu magistral kanalı yoxlayın. Sistemdən havanı çıxardın.
Sükan çarxı idarəedici təkərləri döndərmədən fırlanır
Bakda yağın səviyyəsi aşağıdır. Bakı tələb olunan səviyyəyə qədər yağla doldurun və havanı çıxarın.
Hidravlik silindrin porşeninin kipləşdiriciləri yeyilib. Kipləşdiriciləri və ya hidrosilindri dəyişin.
Sükan çarxı neytral vəziyyətə qayıtmır
Sükan idarəetmə kolonkasının mexaniki hissələri yeyilmişdir. Sürtünmənin səbəbini aydınlaşdırın və aradan qaldırın.
-16-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Sükan çarxında boşluq çoxdur
Hidravlik silindrlərin və ya sükan mexanizminin qollarının konuslu barmaqları sıxılmamışdır. Barmaqların qaykalarını 12…14 kqs∙m momentində
sıxın və şplintləyin.
Traktorun sağa-sola dönmə radiusu müxtəlifdir
Təkərlər nizamlanmamışdır. Təkərləri nizamlayın.
8. Hidravlik asma sistemi
Hidravlik yağ bölüşdürücünün hər hansı zolotnikinin dəstəyi “qaldırma” və ya “aşağı buraxma” mövqeyində olanda asma mexanizmi yüksüz qalxmır
Traktorun yağ bölüşdürücüsünün qoruyucu klapanı zibillə tutulub. Qoruyucu klapanı sökün və yuyun. Qoruyucu klapanda təzyiqi nizamlayın (təzyiq 1,6÷ 1,5 MPa).
Asma mexanizmi yüksüz qalxmır və ya zəif qalxır
Sistemdə yağ qızır. Nasos nasazdır. Nasosun məhsuldarlığını yoxlayın. Əgər F.İ.Ə. aşağıdırsa nasosu dəyişin.
Nasazlıq yağın bütün temperaturlarında baş verir. Buraxıcı klapan tutulub. Nizamlayıcı bölüşdürücünü sökün, buraxıcı klapanı yuyun və gövdəni dizel yanacağı ilə yuyun.
Asma mexanizmi yüklə zəif qalxır, mühərrik söndürüləndən sonra yavaş-yavaş aşağı buraxılır
Nizamlayıcı-paylayıcının rezin kipləşdiriciləri yeyilib və ya zədələnib. Nizamlayıcı-bölüşdürücünü sökün, rezin kipləşdiricisini dəyişin.



-17-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Asma mexanizmi yüksüz qalxmır və ya yağ bölüşdürücünü birləşdirdikdə sıçrayış əmələ gəlir
Hidrovlik sistemdə yağ lazımi səviyyədə deyil. Bakdan yağın olmasına əmin ol və lazım olarsa yağ əlavə edin.
9. Elektrik avadanlığı
Akkumulyator batareyasında cərəyanın səviyyəsi (zaryadka) aşağıdır
Akkumulyator batareyalarının klemmalarda boşluq və ya turşulama vardır. Klemmaları təmizləyin, yağlayın və sıxın. “Massa” birləşdiricini sıxın.
Generator nasazdır
(± klemmada gərginlik yoxdur). Generatoru sökün və təmir üçün emalatxanaya göndərin.
Akkumulyator batareyaları nasazdır. Dəyişin.
Generatorun hərəkət ötürücü qayışı boşdur. Qayışın tarımlığını nizamlayın.
Akkumulyator batareyasına elektrolitin və təmiz distilə edilmiş suyun tökülməsi tələb olunur
Akkumulyator batareyası nasazdır. Dəyişin.
Starteri işə salanda mühərrikin dirsəkli valı fırlanmır və yaxud yavaş fırlanır
Akkumulyatorun klemması tam sıxılmamışdır. Klemmanı təmizləyin və sıxın.
Akkumulyator batareyalarında cərəyan tam boşalmışdır. Akkumulyator batareyasını cərəyanla doldurun və yaxud dəyişin.


-18-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Straterin kollektoru və şetkaları çirklənmişdir. Starteri mühərrik üzərindən çıxardın. Kollektoru təmizləyin, şetkaları dəyişin əgər onlar yeyilibsə.
Starterin dartı relesində nizamlama pozulmuşdur. Releni nizamlayın.
Mühərriki işə salandan sonra starter birləşmiş vəziyyətdə qalır
Starterin relesinin güc diski kontakt boltlara birləşib. Mühərriki söndürün, “Massa” ayırıcısı vasitəsilə akkumulyator batareyasını ayırın və relenin kontaktını təmizləyin.
Mühərrikin işə salınmasını asanlaşdıran elektromaqnit klapan işləmir
Elektromaqnitin makarasında kontakt yoxdur. Xətti yoxlayın, naqillərin kontakt birləşmələrini sıxın.
Generatorda səs var
Generatorun qayışı yerindən tez-tez çıxır və yaxud həddindən artıq tarımlanıb. Generatoru sökün və təmir üçün emalatxanaya göndərin. Generatorun qayışının tarımlığını nizamlayın.
10. Kabinanın hava qızdırıcısı və soyuducu bloku
Kabinaya isti hava daxil olmur
Qızdırıcı blokda suyun dövr etməsi təmin olunmur
Silindirlər blokunun başlığında kran bağlanıb. Kranı açın.


-19-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Kabinaya nəmliyi çox olan qızıdırılmış hava daxil olur
Qızdırıcının ventilyatoru işləmir. Ventilyatorda nasazlığı aradan qaldırın.
Qızdırıcının radiatorundan su axır. Axıntını aradan qaldırın və ya radiatoru dəyişin.
Qızdırıcı sistemin birləşmələrindən su axır. Sıxıcı xomutları bərkidin.
11. Pnevmosistem
Resiverdə təzyiq zəif artır
Pnevmosistemdən xaricə hava axıntısı var
Boruların qaykaları yaxşı sıxılmamışdır və ya qaykalar zədələnib. Hava axıntısı olan yerləri tapın və onları bərpa edin. Zədələnmiş hissələri dəyişin.
Birləşdirici başlığın rezin kipləşdiriciləri zədələnmişdir. Zədələnmiş rezin başlıqları dəyişin.
Birləşdirici başlığın kipləşdirici üzüyün sıxıcı qaykası boşalmışdır. Bərkidin.
Birləşdirici başlığın klapanına zibil düşmüşdür. Təmizləyin.
Klapanın hissələri deformasiyaya uğramışdır. Diafraqma cırılmışdır,tormoz kranında qapağı bərkidən hissələr boşalmışdır. Kranın hissələrinin vəziyyətini yoxlayın, lazım olarsa dəyişin bərkidici boltları sıxın.
Krana hərəkət ötürücüdə nizamlanma pozulmuşdur. Kranın hərəkət ötürücüsünü nizamlayın (1…2 mm).
Təzyiq nizamlayıcının işi pozulmuşdur. Sökün və təmir üçün emalatxanaya göndərin.
Süzgəc tutulub. Süzgəci yuyun.
-20-
Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Kompressorun kranından xaricə hava axıntısı var. Kompressorun başlığını sökün, klapanı ərplərdən təmizləyin.
Zədələnmiş hissələri dəyişin.
Kompressorun porşen üzükləri yeyilib. Başlığı və silindri sökün, üzükləri təmizləyin, lazım olarsa onları dəyişin.
Mühərriki söndürdükdə resiverdə təzyiq
tez aşağı düşür
Pnevmosistemin birləşdirici elementlərindən hava xaricə buraxılır. Havanın xaricə axınının qarşısını alın.
Tormoz pedallarını sıxdıqda resiverdə təzyiq
tez aşağı düşür.
Tormoz kranının diafraqması zədələnib. Diafraqmanı dəyişin.
Tormoz kranının klapanı zibillə tutulub və ya zədələnib
Resiverdə lazım olan təzyiq yoxdur
Havanın xaricə axını var. Hava axınını qarşısını alın.
Təzyiq nizamlayıcısı nasazdır. Təzyiq nizamlayıcısını təmir etdirin və yaxud nizamlayın.
Kompressorun porşen üzükləri yeyilmişdir. Porşen üzüklərini dəyişin.
Kompressorla yağ pnevmosistemə verilir
Kompressorun porşen üzükləri yeyilmişdir. Porşen üzüklərini dəyişin.
Təzyiq nizamlayıcısı 0,77…0,80 MPa (7,7…8,0 kqs/sm2) təzyiqində kompressoru işə salır
Təzyiq nizamlayıcısının Yuyun və təmizləyin.

-21-

Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
kanalları çirklənib.
Rezin hissələrin zədələnməsi, elastikliyinin itməsi və yayın oturması. Zədələnmiş hissələri dəyişin.
Resiverdə hava tam yığılmadan təzyiq nizamlayıcısı kompressoru birləşdirir və işə salır
Təzyiq nizamlayıcısının əks klapanı zədələnib və ya pnevmosistemdən xaricə hava axını var. Hava axınının qarşısını alın.
Təzyiq nizamlayıcısı qoruyucu klapan rejimində işləyir
Nizamlayıcı qapaq bir qədər çox sıxılıb. Təzyiq nizamlayıcısını təmir edin.
Boşaldıcı klapanla aşağı qapaq arasındakı boşluq yoxdur. Qapaqda buraxıcı deşik tutulub. Nasazlıqları aradan qaldırın. Ara boşluğu nizamlayın.
Traktor qoşqusunun tormozları effektiv işləmir
Tormoz kranı magistral xəttdə təzyiqi 0,77…0,80 MPa
(7,7-8,0 kqs/sm2) təmin etmir. Tormoz kranını və onun ötürücüsünü nizamlayın (1…2 mm).
Tormoz kranı birləşdirici ma- gistralda təzyiqin sıfıra qədər aşağı düşməsini təmin etmir. Tormoz kranını və onun ötürücüsünü nizamlayın
(1…2 mm).
Birləşdirici magistralda təzyiq sıfra qədər zəif aşağı düşür. Birləşdirici magistral kanalını, kranın atmosfer deşiyini, tormozun pedalının gedişini yoxlayın.


-22-



Nasazlıq, xarici əlaməti Aradan qaldırılma üsulu
Traktor qoşqusunun tormoz sisteminin işi pozulmuşdur. Traktor qoşqusunun tormoz sistemini nizamlayın.
Traktor qoşqusunun tormozları yavaş buraxılır
Tormoz kranın və onun ötürücüsünün nizamlanması pozulmuşdur. Tormoz kranını və onun ötürücüsünü nizamlayın.
Traktor qoşqusunun tormoz sisteminin işi pozulmuşdur. Traktor qoşqusunun tormoz sistemini nizamlayın.














-23-
M Ü N D Ə R İ C A T

1. Giriş...............................................................................1
2. Mühərrik........................................................................3
3. İlişmə muftası................................................................7
4. Sürətlər qutusu və arxa körpü......................................10
5. Tormoz........................................................................11
6. Qabaq aparıcı körpü.....................................................13
7. Sükan idarəetmə mexanizmi........................................16
8. Hidravlik asma sistemi................................................17
9. Elektrik avadanlığı.......................................................18
10. Kabinanın hava qızdırıcısı və soyuducu bloku..........19
11. Pnevmosistem............................................................20







-24-
  • 10-06-2015, 11:10 "Qarpız istehsalı" Qarpız və yemiş meyvələri çox şəkərli, şirəli, sərinləşdirici olub, aclığı və susuzluğu aradan qaldırır. Qarpızda 8-12% şəkər var ...
  • 9-06-2015, 15:33 "Alma və armud ağaclarının budanması" Budama meyvə bitkilərinin boy, inkişaf və məhsuldarlığını tənzimləmək məqsədilə aparılan “cərrahiyə” əməliyatıdır. Budama əsas eti ...
  • 8-06-2015, 13:07 "Digər texnika" Azərbaycan Dövlət Maşın Sınaq Stansiyası (keçmiş Zaqafqaziya Dövlət Maşın Sınaq Stansiyası) 1948-ci ildə keçmiş SSRİ Kənd Tə ...
  • 8-06-2015, 12:46 "Traktorlar" “Belarus 800/820/890/892 traktorlarında baş verə biləcək nasazlıqlar, onların yaranma səbəbləri və aradan qaldırılması yolları” br ...
  • 25-03-2015, 03:08 "Kombaynlar" “Aqrolizinq” ASC-nin 38 rayon Aqroservis filiallarında tikilib istifadəyə verilmiş təmir emalatxanaları fəaliyyət g&ou ...