"Sampo SR" 2045 və 2055 taxılyığan kombaynlarının təmirinin təşkili (3)

Böyütmək | Kiçiltmək


Şəkil 22. Ön kameranın transportyerunun təmiri üçün stend.




Şəkil 23. Döyən barabanın təmiri üçün sahə (sahəsi 54m2).

1-baraban üçün stellaj; 2-düyün və hissələr üçün stellaj; 3-P-902 avadanlığı üçün qurğu; 4-çilingər stolu ORQ-5366; 5-xırda hissələr üçün stellaj OR-6796; 6-fırlanan kran balka; 7-pərçimləmə üçün tutucu; 8-asqılı kran; 9-statik balanslaşdırma üçün qurğu; 10-aqreqatlar üçün altlıq; 11-anbarların təmiri üçün stend.


Şəkil 24.Ventilyatorların təmizlənməsi üçün işçi yeri (sahəsi 36 m2).

1-ventilyatorlar üçün rəflər; 2-asqılı kran; 3-ventilyatorların sökülməsi və yığılması üçün stend; 4-ventilyatorların pərlərinin sökülməsi və yığılması üçün stend; 5-çilingər stolu; 6-xırda detallar üçün rəflər.

Təmizləyici ventilyator. Təmir zamanı əzilmiş və əyilmiş yerlər düzəldilir və ya dəyişdirilir. Təmizləyici ventilyatorlar xüsusi avadanlıqlarla təchiz olunmuş, işıqlandırılmış yerlərdə təmir olunur (şəkil 24). Şəkildə göstərilən avadanlıq və alətlərdən başqa iş yerində aşağıdakılar olmalıdır: şponkaları çıxartmaq üçün qurğu, şkif və dişli çarxları çıxartmaq üçün qurğu. Təmizləyici ventilyatoru OR-6852 stolu üzərində söküb yığmaq lazımdır. Ventilyator təmir olunduqdan sonra statik balanslaşdırılmalıdır.

2.4.7. Kombaynın yığılması, nizamlanması və obkatkası.

Təmir yığım vahidləri kombayn üzərində quraşdırılmalıdır. Kombaynı yığarkən aşağıdakı tələblərə riayət etmək lazımdır:
- yığımın ardıcıllığını texnoloji prosesə uyğun həyata keçirmək lazımdır;
- hissələri və yığım vahidlərini quraşdırarkən birləşmələrdə kipliyi təmin etmək lazımdır. Bununla dənin itkisinin və sairə çatışmamazlıqların qarşısı alınmış olur; - iri ölçülü və ağır yığım vahidlərini quraşdırarkən yük qaldıran qurğulardan istifadə etmək lazımdır;
- qoyulmuş ölçüləri təyin etmək üçün metroloji attestasiyadan keçmiş nəzarət ölçü cihazlarından istifadə etmək lazımdır;
Mexanizimlərin nizamlanması işləri kombaynın yığımı zamanı və həm də yığım qurtardıqdan sonra etmək lazımdır. Yığım zamanı texniki nizamlamaları aparmaq vacibdir:
- göstəricilərin şkalası nizamlanmalı;
- kombaynın yığım vahidlərinin bir-birinə nisbətən simmetrik və paralel quraşdırılması təmin olunmalı;
- montaj ara boşluqları qoyulmalıdır;
- ötürücü zəncir və qayışların tarımlığı nizamlanmalıdır;
- qoruyucu muftalar nizamlanmalıdır;
- yığım qurtardıqdan sonra texnoloji nizamlama (döyən aparatda ara məsafəsi və dövrlər sayı və sairə) işlər aparılır;
- yığım və nizamlama işlərindən sonra kombaynın obkatası keçirilir.
Obkatkanı mühərriki işlətməklə və OR-6849 avadanlığı vasitəsilə aparmaq olar (şəkil 26).
Obkatka dizelin dövrlər sayı 10-12 c-1 (600-700 dövr/ dəq) 5 dəqiqə ərzində aparılır. Obkatka zamanı aşkar edilmiş nasazlıqları kombaynı dayandırdıqdan sonra aradan qaldırmaq lazımdır.

Şəkil 25. Dəmirçi işləri üçün sahə (110 m2).
1-düyün və hissələr üçün rəflər; 2-saman xırdalayanın təmiri üçün meydança; 3-şnek və vallar üçün stellaj; 4-asqılı kran; 5-elevator və şneklərin kojuxlarının təmiri üçün stend; 6-dəmirçi stolu; 7-hissələr və düyünlər üçün stellaj; 8-qaynaqçı şkafı; 9-qaynaq transformatoru; 10-elektrik qaynaq işləri üçün stol; 11-yarımavtomat qaynaq avadan-lığı; 12-balonlar üçün şkaf; 13-aqreqatlar üçün altlığ; 14-ORQ-1598 hissələrin çıxdaş edilməsi üçün konteyner; 15-stellaj; 16-oqnastika üçün stol; 17-çilingər stolu; 18-deşici qurğu; 19-MT-1210 qurğusu.







Şəkil 26. Molotilkanın obkatkası üçün alət.


2.4.8. Təmirin keyfiyyətinə nəzarət.

Təmir müəssisələrində kombaynların təmirinin keyfiyyətini qiymətləndirmək üçün texniki nəzarət təşkil olunmalıdır. Nəzarəti mühəndis-nəzarətçi həyata keçirir. Nəzarəti etaplarla aparmaq lazımdır.
Birinci etap cədvəl 4-ə uyğun olaraq parametrlərə vizual nəzarət keçirməklə həyata keçirilir. Bu zaman aşağıdakı parametrlərə nəzarət edilməlidir:
- hissələrdə və yığım vahidlərində çat və qırılmaların olması;
- qaynaq bitişiklərində çatlanmamazlıqların olması;
- yanacaq və tormoz sistemlərində kipliyin pozulması;
- cihazların və siqnalizasiyanın işləməsi.



Cədvəl 4.
Vizual kontrol parametrləri

Hissələr və yığım vahidləri Texniki tələblər
Nazik listli dəmir hissələr (panel, qapaq)

Qaynaq birləşmələr.


Qayışlar.



Zəncirlər.



Şinlər. Dişli çarxlar. Stupusalar. Podşipniklərin gövdəsi və qapaqları.

Dən itkisinin qarşısını alan kiplik yerləri.


Yanacaq sisteminin kiplik yerləri.


Hidravlik sistemi və hidravlik ötürücülərdə kiplik yerləri.

Tormoz sistemində kiplik yerləri. Çat, deşilmə, qırılma, yol verilmişdir.


Qaynaq bitişik yerlərdə çata yol vermək olmaz.

Burulmaya, yeyilmə, çatlamaya, qırılmaya, genişlənməyə yol vermək olmaz.

Çatlamaya, dağılmaya, hissələrin əyilməsi, roliklərin yeyilməsinə yol vermək olmaz.

Genişlənməyə, çatlamaya və qırılmaya yol vermək olmaz.


Pərçimlərin boşalması, əyilmə, qırılma, qayışların sürtünməsi və sairə yolverilməzdir.

Yanacaq borularında, bakında, süzücü kranlardan yanacağın damcılanması yolverilməzdir.

Ştuserlərin birləşmə yerlərində yüksək təzyiqli rezin borularından yağın axması yolverilməzdir.

Baş və işçi silindrlərin birləşmələrində tormoz mayesinin axmasına yol vermək olmaz.

İkinci etap nəzarətə ölçü vasitələri ilə parametrlərin ölçülməsi daxildir (cədvəl 5). Buna tam nəzarət edilir:
Döyən aparatın (molotilka) panelinə və yanlarına nisbətən hissələrin və yığım vahidlərin quraşdırılması;
Yığım vahidlərinin işçi orqanların texniki vəziyyəti;
Üçüncü etap-obkatka zamanı kombaynın sistem və mexanizimlərinin yoxlanması aparılır (cədvəl 6).

Cədvəl 5
Ölçü vasitələri ilə nəzarət edilən parametrlər.

Yığım vahidi Texniki tələblər Nəzarət-ölçü vasitələri

Biçən aparat
(jatka)






Biçən aparatın (jatka) gövdəsində barmaqlı brusun düzxətliliyindən meyillənmə (bir metr uzunluğunda) şaquli səthdə 3 mm; üfuqi səthdə 5 mm. Seqment və sıxıcılar arasında məsafə 0,75 mm-dən çox olmamalıdır. Şnekin barmaqları ilə kəsən aparatın (jatka) üst səthi arasında məsafə 6mm-dən çox olmamalıdır. Şnekin spiralı ilə əks etdiricilərin səthi arasında məsafə 3-7 mm olmalıdır. Cəhrənin variatorunun şkifin disklərinin tam açılmış vəziyyətdə bir-birlərinə nisbətən durması 30 mm-dən çox olmamalıdır. Xətkeş
SD-2-1000
QOST
8026-75
Şup 3-2
Xətkeş 150

Nutromer
NI-18-50-2
QOST 868-82


Döyən baraban

Baraban altlığı


Samansil-
kələyənlər

Xəlbir


Təmizləyici ventilyator Barabanın spiralının hündürlüyü 6 mm-dən çox olmamalıdır.

Plankaların işçi radiusu 3,0 mm-dən artıq olmamalıdır. Barabana nisbətən baraban altlığının qeyri-paralelliyi 1,0 mm-dən artıq olmamalıdır.

Klavişlər arasındakı məsafə 2,0 mm-dən çox olmamalıdır.

Döyən aparata panelə nisbətən qeyri-bərabər yerləşməsi 8,0 mm-dən çox olmamalıdır.

Pərlərin gövdəyə nisbətən qeyri-simmetrik olması 2
mm-dən çox olmamalıdır.
Ştangen-pərgar
ŞS-1-125-0.1 QOST 166-80
Xətkeş 150



Radius ölçən şablon

RŞ-1.Şup 3-2
Şup 3-2

Xətkeş 150









Cədvəl 6
Obkatka zamanı nəzarət edilən parametrlər.

Yığım vahidləri Texniki tələbat Nəzarət ölçü vasitələri

Dizel

Dizel

Hidravlik sistem

Hidravlik ötürücü


İlişmə muftası



Zəncir və qayış ötür-mələri Dizel 5 dəqiqə ərzində xodlanmalıdır.
Sistemdə yağın təzyiqi 0,4 MPa-dan aşağı olmalıdır.
Hidravlik sistemdə yağın təzyiqi 12,5 MPa-dan aşağı olmamalıdır.
İncə süzgəcdə təzyiq-0,0245 MPa-dan çox olmamalıdır.


Dizelin və döyən aparatın işçi orqanlarını sərbəst ayırılmalı və birləşdirilməlidir. Burucu momenti sərbəst döyən aparata ötürüməlidir.
Zəncir və qayış ötürmələri normal fırlanmalı, zəncirin dişli çarx üzərindən tez-tez düşməsi yol verilməzdir. Saniyəölçən SOR-26-3
Təzyiq ölçənlə

Təzyiq ölçənlə


Süzgəcin gövdəsində manovak-kummetr
Qulaq asmaqla




Baxış




3. TƏHLÜKƏSİZLİK TEXNİKASI.
Sampo SR-2045 və SR-2055 və digər kombaynların təmirini təşkili və keçirilməsi üçün təmir müəssisələri təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydaları tələblərinə uyğun olmalıdır. İşçilər işə daxil olarkən giriş təlimatlarından keçməlidirlər. Təlimat ilkin işə buraxılarkən və altı aydan bir keçirilir. İş yerlərində təhlükəsiz texnikası qaydalarını əks etdirən plakatlar asılmalıdır. Yuma, qazelektrik qaynaq, akkumulyator, rəngləmə sexlərində xüsusi geyim olmadan işləmək olmaz. Təmir zamanı saz texnoloji avadanlıqlarından və çilingər alətlərindən istifadə etmək lazımdır. Elektrik avadanlıqlarla işləyərkən rezin əlcəklərdən istifadə edilməlidir. Elektrik kabellər və naqillər tarımlanmalıdır. Naqildə sürtünmə, qırılma və digər zədələmələr olmamalıdır. Kombaynların xarici səthlərini yuyarkən təzyiq 8,5÷12 kq/sm2-dan çox olmamalıdır.
Çəkisi 20 kq-dan çox olan hissələri kombayndan sökəndə xüsusi yükqaldıran avadanlıqlardan istifadə etmək lazımdır. Hər bir yükqaldıranın üzərində onun növbəti sınaq vaxtı və yükgötürmə qabiliyyəti göstərilməlidir. Təkər və ya aparıcı körpü söküləndə kombayn altlıq üzərində qoyulmalıdır. Kombaynı domkrat üzərində qoyub təmir işlərini aparmaq olmaz. Mexaniki ötürücü avadanlıqların təmirinə xüsusi təlimat keçmiş və kombaynın istismar göstəriciləri ilə tanış olan şəxslər buraxılırlar.
Elektrik qaynaqçının yeri sovucu ventilyator ilə təchiz olunmalıdır. Təmir emalatxanasında yanğından mühafizə avadanlıqları olmalıdır: yanğınsöndürən qumla dolu yeşik, yanğın kranı və şlanqları, su ilə dolu olan çən və sairə. Havası yüksək dərəcədə zərərli yerlərdə ventilyasiya olmalıdır (qaynaq, rəngləmə, akkumulyator batareyaların təmiri və sairə).
Kombaynın mexanizmlərini işə salan zamanı siqnal verməklə xəbərdarlıq etmək və yaxında insanların olmamasına tam əmin olmaq lazımdır. Kombayn işləyən zaman onda nizamlamaların və nasazlıqların aradan qaldırılması işlərini aparmaq olmaz. Sampo SR-2045 və SR-2055 kombaynların təmiri zamanı konstruksiyanın mürəkkəbliyi nəzərə alınaraq aşağıda göstərilən bir sıra tələbləri yerinə yetirmək lazımdır.
1. Sistemlərdə yağın süzülməsi prosesində çox vaxt döşəmənin çirklənməsi baş verir. Bunun qarşısını almaq üçün yağın xüsusi qablar tam süzülməsi təmin olunmalıdır.
2. Kombaynın reduktorunu sökərkən onun qaldırıcı qurğularla kənara çəkilməsinə yol vermək olmaz.
3. Kombaynın qabaq hissəsini qaldırmaq üçün xüsusi qaldırıcı qurğudan istifadə etmək lazımdır.
4. Biçən aparatdan bıçağı çıxardandan və şneki biçən aparatın üzərinə qoyduqda əlcəklərdən istifadə edin.









Əlavə 1

Sampo SR-2045, SR-2055 və digər
kombaynların təmiri zamanı istifadə olunan
təmir-texnoloji avadanlıqların siyahısı.


Avadanlığın adı
Markası Qeyd

Sürətlər qutusu və variatorların sökülməsi üçün stend.
Şkif və variatorların sökülməsi və yığılması üçün stend.
Transportyerlərin sökülməsi və yığılması üçün stend.
Ön kameranın yığılması və obkatkası üçün stend.
Cəhrənin yığılması və obkatkası üçün stend.
Reduktorların sökülməsi və yığılması üçün qurğu.
Cəhrənin şkifinin sökülməsi və yığılması üçün alət.
Ön kameranın transportyorunun sökülməsi üçün stend.
Ön kameranın transportyorunun yığılması üçün stend.
Biçən aparatın bıçaqlarının təmiri üçün stend.
OR-6787

OR-6858

OR-18274

OR-8648

E.23.011

ORQ-17782

OR-6856

OR-6857

OR-6701M

OR-6789









Əlavə 1-in ardı


Avadanlığın adı

Markası
Qeyd

Baraban altlığının təmiri üçün avadanlıq üçün stend.
Elevator zəncirlərin sökülməsi. Döyən aparatın obkatkası üçün stend.
Reduktorların obkatkası üçün stend.
Kombaynların hidravlik sistemi-nin cari təmiri üçün diaqnostik qurğu.
Hidravlik ötürücülərin sınağı üçün stend.
OR-13215M

OR-6849
E.23.0127

Kİ-12510M

Kİ-4815M




Əlavə 2
"Təsdiq edirəm"
_____________________________
(vəzifəsi və imzası)

DİAQNOSTİK VƏRƏQ
I. Ümumi məlumatlar.
KFT təsərrüfatı_______________________Tarix____________
Marka______________________________________________
Dizel № ____________________________________________
Təsərrüfata daxil olma ili və tarixi________________________
İstismar vaxtında iş həcmi, m.s. __________________________
II. Sistem və mexanizmlər haqqında kombaynçının məlumatı.
________________________________________________________________________________________________________

III. Xarici baxışın nəticəsi.
________________________________________________________________________________________________________

IV. Diaqnostik işlərin nəticəsi.

Sıra №-si Əsas hissələr Ölçü vahidi Parametrin nəticəsi Diaqnostika edən ustanın qeydi


V. Digər nasazlıqlar.
____________________________________________________
____________________________________________________

VI. Diaqnostik işlərin nəticələri.
________________________________________________________________________________________________________

Sex rəisi: ______________
(imza)
Kombaynçı: ______________
(imza)