"Sampo SR" 2045 və 2055 taxılyığan kombaynlarının texniki parametrləri (1)

Böyütmək | Kiçiltmək Sampo
R O S E N L E W
SR-2045
SR-2055

Taxılyığan kombaynlar

TEXNİKİ PARAMETRLƏR VƏ NİZAMLAMALAR



Mexanizatorlar üçün yaddaş kitabçası

Lənkəran 2015




AZƏRBAYCAN RESPUBLİKASI
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ


TEXNİKİ SİYASƏT ŞÖBƏSİ

LƏNKƏRAN DÖVLƏT MAŞIN SINAQ STANSİYASI



Sampo
R O S E N L E W
SR-2045
SR-2055

Taxılyığan kombaynlar

TEXNİKİ PARAMETRLƏR VƏ NİZAMLAMALAR






Mexanizatorlar üçün yaddaş kitabçası


Lənkəran 2015

G İ R İ Ş

Bu kitabçanın tərtib edilməsində məqsəd istifadəçiləri kombaynın konstruksiyası və işləmə prinsipi ilə yaxından tanış etməkdir. Kombaynçı kombaynın konstruksiyası, sazlanması və texniki xidmətlərinin görülməsi ilə yaxından tanış olmalı və bu kitabçada istismara aid olan bütün tövsiyyələrə məsuliyyətlə yanaşmalıdır. Bu kitabçada kombaynın mexanizmlərinin və sistemlərinin illüstrasiyası, istismar və texniki xidmət qaydaları, təhlükəsizlik qaydaları, kombaynın yol hərəkəti və taxıl döyümü üzrə təlimatları, kombaynın texnoloji prossesləri zamanı itkilər və onların aradan qaldırılması yolları və sairə öz əksini tapmışdır.
Bu kitabçanı həmişə kombaynın kabinasında münasib bir yerdə qoru ki, tələb olunduğu zaman onu əlinizin altında tapa biləsiniz.























Sampo SR-2045 və SR- 2055
taxılyığan kombaynların
qısa texniki xarakteristikası

SR-2055 SR-2045

Kəsən aparatın (jatka) eni, m 4.2 4.2
Biçmə hündürlüyü, m 0,2 ÷ 1,0 0,2÷1,0
Cəhrə:
-diametri, m 1,05 1,05
- dövrlər sayı, dövr/dəq 15....49 15....49
Döyən baraban, m:
-eni 1,11 1,11
-diametri 0,50 0,40
-dövrlər sayı, dövr/dəq 600...1300 600...1300
Deka:
- sahəsi, m2 0,51 0,51
Samansilkələyənlər:
-sayı ədəd, 4 4
-sahəsi, m2 4.80 4.60
Taxıl bunkeri, m3 3.7 3.7
Mühərrik:
-markası 44ET/ETİ
SİSUDİESEL 620DL
-gücü, KVt/a.q 85/115 92/125
- dirsəkli valın dövrlər
sayı, dövr/dəq 2200 2200
Silindirlərin sayı, ədəd 4 6
Sürəti, km/saat 6.4 ÷25 6.4...19.3
Tutumlar, L:
-yanacaq bakı 200 200
-soyutma sistemi 27 33
-mühərrikin təknəsi 14 26
-sürətlər qutusu 3/35 3.0
-hidravlik sistemi 14 12
Qabarit ölçüləri, m:
-uzunluğu 9.95 9.95
-eni 4,5 4,5
-hündürlüyü 3,60 3,65
Kombaynın çəkisi, kq 6800 7200
Ötürmə qabiliyyəti, kq/san 6 ÷ 7 7 ÷ 8
Məhsuldarlığı, ton/saat 16 ÷ 17 17÷ 18

KOMBAYNIN ENİNƏ KƏSİYİNİN GÖRÜNÜŞÜ



1. Cəhrə 7. Baraban altlığı 13.Xəlbir (şadara) 20.Boşaldıcı şnek
2. Bıçaq 8.Biter 14.Sünbül şneki 21.Taxıl şneki
3. Ötürücü şnek 9. Ventilyator 15.Xəlbir 22.Şnek
4. Ötürücü transporter 10.Nəqliyyat reykası 16.Şadaranın əlavəsi 23. Bunker
5. Daştutucu 11.Taxıl elevatoru 17.Samansilkələyən 24. Mühərrik
6. Döyən baraban 12. Şnek 18. Siqnal qurğusu


2.KOMBAYNDA İŞLƏYƏRKƏN TƏHLÜKƏSİZLİK TEXNİKASI QAYDALARI

Təhlükəsizlik texnikasına və kombaynın istismarına aid bu təlimatda verilmiş göstəriş və tövsiyyələri diqqətlə oxuyun. Bu təlimatın oxunmasına sərf etdiyiniz bir neçə dəqiqə sizin bədbəxt hadisələrdən uzaq düşmənizə səbəb olar. Kombaynı qəbul edərkən ən əvvəl əmin olun ki, kombayn tam komplektlidir. Kombaynın üzərində istehsalçı-zavodun tövsiyyə etmədiyi əlavə avadanlıqları qoymayın. Əlavə avadanlıqların qoyulması səbəbindən baş verən bədbəxt hadisələrə istehsalçı – zavod məsuliyyət daşımır.

3. YOL HƏRƏKƏTİNDƏ İŞTİRAKI
Yadınızda saxlayın! İctimai nəqliyat vasitələrinin hərəkət etdiyi yollarda hərəkət qaydalarına cidddi riayət etmək lazımdır. Bilin ki, kombaynda aparıcı təkərlər qabaqda yerləşir. Tormoz pedallarının hər ikisini həmişə cütləşdirilmiş vəziyyətdə saxlayın. Hərəkətə başlamazdan əvvəl tormoz sisteminin sazlığına əmin olun. Bilin ki, hərəkət zamanı tormoz pedalını sərt basdıqda arxa təkərlər yerdən üzülə bilər.
Yolda hərəkət edən zaman döyən aparat iş rejimindən ayrılmalıdır. Taxılı boşaldan şnek nəqliyyat vəziyyətinə gətirilməlidir və taxıl kütləsinin ayrıcısı sökülməlidir. Kəsici bıçağın qoruyucusu və xəbərdar edici nişanlar tələb olunan vəziyyətdə və yerində olmalıdır (şəkil 1).

Şəkil 1.Yol hərəkətində iştirakı zamanı nişanların yerləşdirilməsi.
Qabaq və arxa faralar və arxanı göstərən güzgülər lazımi vəziyyətdə nizamlanmalıdır.
Boş gedişdə mailliyi çox olan yerdə hərəkət etmə.
Kabinaya əlavə adam götürmə. Yolda hərəkət edərkən taxıl bunkeri boş olmalıdır.
4. TAXIL DÖYÜMÜ

Işə başlamazdan əvvəl bu təlimatın köməyi ilə kombaynın konstruksiyası ilə tanış olun. Geydiyiniz paltar həddindən çox geniş olmamalıdır. Əks halda iş vaxtı kombaynın fırlanan və hərəkət edən mexanizmlərinə ilişə bilərsiniz. Qoruyucu qurğuların saz vəziyyətdə olmasına əmin olun. Kombaynı işə salmazdan qabaq səs siqnalı verin və kombaynın yaxınlığında kənar şəxslərin olmamasına əmin olun. Hərəkətə başlamazdan əvvəl yan güzgüləri elə nizamlayın ki, kombaynın ətrafı görünüşdə olsun. Kombaynı təyinatından başqa digər məqsədlərə istifadə etmə. Hərəkət edərkən ələlxüsus arxaya hərəkət edərkən yolun açıq olmasını dəqiqləşdir. Heç vaxt hərəkət zamanı oturacağı və sükan çarxını nizamlama.Hərəkət zamanı kabinadan çıxma, işə salınmış kombaynı nəzarətsiz qoyma. Mühərrik işləyərkən qoruyucuları açma.
Mühərrik işləyərkən taxıl bunkerinə daxil olma və bunu digər şəxslərə də görməyə imkan vermə. Kəsici bıçaqların və xırdalayıcının rotoru ilə yanaşmada ehtiyyatlı ol. Enişlərdə kombaynın özü-özünə hərəkət etməsinə imkan vermə, xüsusən taxıl bunkeri dolu olduqda. Kombaynın kabinası təhlükəsiz zona deyil. Təhlükəsizlik çıxışı üçün sağ yan pəncərədən istifadə etmək lazımdır. Bunun üçün şüşənin şnuruna bərkidilmiş “Exit” həlqəsini çəkib çıxartmaq lazımdır. Yüksək gərginlikli elektrik xətləri altında işləyərkən təhlükəsizlik qaydalarına riayət et. Kombaynı təmizləməzdən və yumazdan əvvəl mühərriki söndür. Tez xəbərdaredici qurğulardan siqnal daxil olanda kombaynı dayandır və nasazlığın səbəbini aydınlaşdırıb aradan qaldır.


5. AÇIQ ELEKTRIK XƏTLƏRI ALTINDA IŞLƏYƏRKƏN TƏHLÜKƏSIZLIK QAYDALARI

Xətlərin hündürlüyünü müəyyən etməkdə çətinlik çəkdikdə yaxında olan elektrik şəbəkələrinə müraciət etmək lazımdır. Əgər qəza baş veribsə özünü itirmə, gələcək fəaliyyətini düşün və hərəkət et. Çalış əvvəl kombaynı xətdən ayır. Əgər kombayn elektrik xəttinə toxunursa çalış xəttdən uzaqlaş.
Əgər kombaynı xəttdən ayırmaq mümkün deyilsə özünü iki ayaq üstə yerə at. Elə et ki, eyni vaxtda həm kombayna və həm də yerə toxunmayasan. iki ayaq üstə hoppanmaqla kombayndan uzaqlaş. Ancaq 20 metr uzaqlaşdıqdan sonra təhlükəsiz zonada olar
Şəkil 2. Açıq elektrik xətləri altında işləyərkən təhlükəsiz məsafəsini saxla
san, elektrik xəttinə ilişən kombayn yana bilər. Təkərlərdə tüstü görsən kombayndan uzaqlaş . Qəza haqqında elektrik şəbəkəsinə və əlaqədar təşkilatlara tez xəbər ver. Bununla kombaynın yanğından mühafizə etmiş olursan.


6. TƏMIR VƏ TEXNIKI XIDMƏT.

Kombaynı həmişə yaxşı görkəmdə saxla və qoru. Gündəlik baxış zamanı tez hərəkət edən hissələrin vəziyyətini yoxla. Əsas diqqəti güc ötürücü mexanizmə və doğrayıcının bıçaqlarına yetir. Zədələnmiş və təhlükə yarada biləcək hissələri yenisi ilə əvəz et. Müntəzəm olaraq kombaynın xarici səthini təmizlə. Tozun qalınlığı artdıqca yanğın təhlükəsi ehtimalı çoxalır. Yanğın söndürəni onun üçün ayrılmış xüsusi yerdə saz vəziyyətdə saxla. Yanğın söndürəni biçin mövsümü başlananadək doldur. Təmizlik, yağlama, təmir və digər profilaktik işləri mühərriki dayandırdıqdan sonra yerinə yetir. Mühərriki və ya elektrik avadanlıqlarını təmir etməzdən əvvəl akkumulyator batareyasını dövriyyədən ayır. Rezin təkərləri manometrdən istifadə etmədən hava ilə doldurma. Bu partlayışa səbəb ola bilər.
Mühərrik işlədiyi zaman bakı yanacaqla doldurma. Bakı doldurarkən siqaret çəkmə. Hidravlik sistemdə təzyiqi manometrdən istifadə etməklə nizamla. Kombaynı yedəyə qoşduqda bunun üçün nəzərdə tutulmuş yerdə bağlamaq lazımdır.
Açıq oddan istifadə etmə və akkumulyator bateriyasının yaxınlığında siqaret çəkmə. İşləyən mühərrikə soyuducu mayeni tökmə. Qızmış mühərrikdə radiatorun qapağını açma. Mühərrik işləyən zaman yanacaq bakına əlavə yanacaq tökmə. Monometrdən istifadə etmədən hidravlik sistemdə yağın təzyiqini nizamlama, bu şlanqların sıradan çıxmasına gətirib çıxarar. Kombaynla işləyərkən xəbərdaredici nişanların tələblərinə riayət et. Təhlükəli yerlər kombaynın hər iki tərəfində göstərilmişdir.


7.XƏBƏRDAREDICI NIŞANLAR

Təhlükə
Təhlükədən qaçmaq üçün nişan


Məlumatın azlığından təhlükəli situasiya

Kombaynın istismarından qabaq təlimatı oxu


Kombaynın bir hissəsini qaldırdıqda digər hissəsinin aşağı düşməsi
Kombaynın altında işləməzdən qabaq altında dayaqlar qoyun


Qayışlar arası məsafə Qoruyucuları açmazdan əvvəl mühərriki söndür və açarı çıxardın



Hərəkət hissələri ilə zədələmə Təhlükəli yerə baxmazdan əvvəl mühərriki söndürün





Fırlanan hissələrə ilişmə. Qoruyucuları çıxartmazdan əvvəl mühərriki söndür və açarı çıxart



Işləyən mexanizmlərə kənar əşyaların düşməsi Qoruyucunu sökməkdən əvvəl mühərriki söndürün və açarı çıxardın


Fırlanan yerdən çıxan əşyalarından təhlükə Fırlanan mexa-nizmlərdən tələb olunan məsafədə dayan

Mexaniki qüvvə ilə valın hərəkətində yaranan təhlükə Valı yerinə qoymazdan əvvəl mühərriki söndür və açarı çıxardın

8. QƏBULA NƏZARƏT VƏ İSTİSMARA
HAZIRLIQ.
Kombayn istismara buraxılana qədər işçi vəziyyətə gətirilməlidir. Bunun üçün aşağıdakı işləri görmək lazımdır:
- istismar üzrə təlimatla diqqətlə tanış olmaq;
-dəstləşdirilmiş ehtiyyat hissələri taxıl bunkerindən götürmək;
-daşınan zaman kombaynda zədələnmələri və ehtiyyat hissələrin komplektini yoxlamaq;
-nəqliyyat vaxtı çıxarılmış hissələri yerinə qoymaq;
-mühərrikdə yanğın söndürəni yerinə qoymaq;
-yağın və radiatorda soyuducu mayenin səviyyəsini yoxlamaq;
-təkərlədə havanın təzyiqini təlimata uyğun olmasını yoxlamaq;
-döyən mexanizmdə kənar əşyaların olmamasını yoxlamaq.
-kombayndan ayrı göndərilmiş biçən aparatı öz yerinə quraşdırmaq;
- taxıl qaldıranı istismar təlimatına uyğun olaraq kəsən aparat (jatka) quraşdırmaq.

9. İDARƏETMƏ CİHAZLARI VƏ NİZAMLAMA DƏSTƏKLƏRİ .
Kabinadan idarəetmə (şəkil 3).
A-biçən aparatın hündürlüyünü göstərən cihaz.
C-dönməni göstərən açar.
D-sükan çarxı.
E-tormoz pedalı.
F-biçən aparatı birləşdirmək üçün pedal.
G-cihazlar lövhəsi.
H-ötürməni dəyişmək üçün qol. Şəkil 3.Kabinada idarəetmə

J-ventilyatorun sürətini nizamlamaq üçün çarx.
K-döyən qurğunun dəstəyi.
L-deki nizamlayan sükan.
M-boşaldıcı dəstək.
N-oturacaq.
O-birləşdirici pedal (mexaniki transmissiya modellərində).
P- dayanacaq tormozunun fiksatoru ( əl tormozu olmadıqda).
R-döyən barabanın sürətini nizamlayan çarx.



10. CİHAZLAR LÖVHƏSİNİN QURLUŞU (Şəkil 4.)
B-siqnal lampası.
C-kəsən aparatın çəkisini yüngülləşdirən datçik
D-qəza siqnal lampası
E-siqnal lampası
F-hava filtirinin tutulmasını göstərən siqnal.
G-sürət ölçən
H-termometr


Şəkil 4. Cihazlar lövhəsininqurluşu.
K- yanacaq verimi idarəedən qol.
L-qoruyucular qutusu
M- işəsalma açarı.
N-döyən aparatın aralıq göstəricisi. Dövrlər sayını ölçən. O- külqabı.
P-cərəyan paylayıcısı.
Şəkil 5.Açarlar






11. AÇARLAR. (şəkil 5.)
B-qəza siqnalı.
E-işçi fara.
G-yaxın işıqlandırma.
M-cəhrənin fırlanma sürətini nizamlayan.
N-boşaldıcı borunu döndərən mexanizm.
O-biçən aparatın hündürlüyü.
P-cəhrənin hündürlüyü.
R-hərəkət sürətinin nizamlayıcısı.
S-səs siqnalı.
Şəkil 6. Mühərrikin açarla
işə salınması
Kombayn təhlükəsiz işə salma sistemi ilə təchiz edilmişdir. Bu sistem mühərriki işə salınandan sonra kombaynın özü-özünə hərəkət etməsinin qarşısını alır.
Sistem aşağıda qeyd edilmiş halda işə salmanı təmin edir:
Mexaniki transmissiyada;
-ilişmə muftası tam sıxıldıqda.
Hidrostatik transmissiyada:
-hərəkət etmə dəstəyi neytral vəziyyətdə sol kəsikdə olduqda.
A dəstəyi boş vəziyyətdə olmalıdır.
“Stop” – düymə B aşağı vəziyyətdə sıxılmalıdır. Alışdırma açarını sağ tərəfə fırlatdıqda dövrə bağlanır və “zaryadka” və “yağ” təzyiqi lampaları yanır. Açarı bir dəfədə fırlatdıqda mühərrik işə düşür. Alışdırma açarı yalnız bir dəfə birləşməni təmin edir. Mühərriki söndürmək üçün isə açarı “stop” tərəfə döndərmək lazımdır.





12. TAXILYIĞICININ QURULUŞU

Xəbərdaredici siqnal lampaları (Şəkil 7).
Kombaynda məlumatlandırıcı siqnal sistemi vardır.
Taxıl elvatorun zibillənməsi- A
Şnekin zibillənməsi-B
Üfuqi şnekin zibillənməsi- C
Saman tutucunun
dolması-D
Ventilyatorun
zibillənməsi-F Şəkil 7. Xəbərdaredici siqnal lampaları

Taxıl bunkerinin dolması-G, Boşaldıcı borunun
açarının açıq qalması-H, Mühərrik qızdırır-İ, Cihazlar lövhəsinə daxil olan siqnalı göstərən lampa -E, Məlumat paneli-K, Baş vermiş qəzaların məlumat lampaları-L.
13.CƏHRƏ (motovila)
Dəstəklə nizamlamalar (şəkil 8, şəkil 9).
1.Cəhrənin hündürlüyü A dəstəyi ilə nizamlanır.
2.Dövrlər sayı B açarı ilə nizamlanır. Sürəti ancaq cəhrə fırlanan zaman nizamlamaq lazımdır. Şəkil 8. Nizamlama dəstəkləri

3.Cəhrənin pərlərinin maillik bucağını D boltunu boşaltmaqla nizamlamaq lazımdır. Cəhrə E qoruyucu açar ilə təchiz olunmuşdur. Şəkil 9. Nizamlama dəstəkləri

14. KƏSƏN APARAT (jatka)
Kəsən aparat nizamlama aparılan qurğu ilə təchiz olunmamışdır. Lakin bıçağın vəziyyətinə həmişə diqqət yetirmək lazımdır, çünki taxıl yığımının nəticələri bıçağın kəsmə qabiliyyətindən çox asılıdır. Texniki xidmət və nizamlama təlimatına diqqətlə baxın. Ehtiyyat bıçaq kəsən aparatın (jatka) yuxarı yeşiyində qorunur.

15. KƏSƏN APARATIN ŞNEKİ (Şəkil 9).
Şnekin hündürlüyü və barmaqların vəziyyəti döyülən taxıl bitkisinin həcmindən asılıdır. Misal üçün sıx vələmiri və rapsı yığanda şneklə jatka arasındakı məsafə X təqribən 30-40 mm artırılmalıdır.
Nizamlama aşağıdakı qaydada aparılır:
Kəsən aparatın hər iki tərəfində A boltlarını boşaldın. Onda şneki lazım olarsa qaldırmaq və ya aşağı salmaq olur. Şneklə kəsən aparatın üst səthi arasındakı məsafə hər iki tərəfdən eyni ölçüdə olmalıdır.Bu ölçü təqribən 15 mm olmalıdır. Şnekin barmaqlarının vəziyyəti B qolu vasitəsi ilə nizamlanır. Bunu kəsən aparatın sağ tərəfində yerləşmiş E vinti vasitəsi ilə həyata keçirirlər. Əmin olun ki, barmaqlar kəsən aparatın səthindən 10 mm yuxarı çıxmışdır.



Şəkil 9 . Yükləyici şnek

16. TRANSPORTYORUN ZƏNCİRİ
(Şəkil 10)
Transportyorun yuxarı valı tərpənməz, aşağı valı isə xüsusi qolların ucuna bərkidilmişdir. Beləliklə transportyer nəql Şəkil 10. Transporterin zənciri

edilən taxıl kütləsinin həcmindən asılı olaraq qalxır və enir. Aşağı valdan transportyorun səthinə qədər məsafəni C boltları ilə nizamlayırlar. Düzgün məsafə zəncirin tam ortasından təqribən 5....10 mm olmalıdır. Yükləyici transportyorun zənciri D boltları ilə nizamlanır. Əgər vallar arası zəncirin ortasından 50 mm-ə qədər əl ilə yuxarı-aşağı qaldırılırsa onda nizamlama düzgün aparılmışdır.
Yükləyici transportyorun zəncirinin taramlığı D boltu vasitəsi ilə nizamlanır.

17.KƏSƏN APARATIN TƏMİZLƏNMƏSİ ÜSULU
Kəsən aparatın əks istiqamətə fırlatmasını A dəstəyin köməkliyi ilə aparılır
(şəkil 11). Qol B kvadrat deşiyə
keçirilir. Kəsici aparatın mexanizmi hər iki tərəfə fırlatmaq olur.
Şəkil 11.Kəsən aparatın mexanizmin əks
istiqamətə fırladılması xüsusi
dəstəklə həyata keçirilir.

Mühərrik işləyən zaman dəstəyi heç vaxt yerinə keçirməyin.

18.TƏHLÜKƏ YARANANDA KƏSƏN APARATIN SAXLANILMASI.
Kəsən və ötürücü qurğuların birləşdiriciləri kabinanın döşəməsində mexanizatorun sağ ayağının yanında yerləşir. Birləşdirici açarın qabaq hissəsini aşağı sıxan zaman qurğu dayanır, arxa hissəsini sıxan zaman isə hərkətə gətirilir.
Xəbərdarlıq! Elektrik açarı ilə saxlanılan kəsən və yükləyici aparatlarda nasazlıqları aradan qaldıran zaman onlarda öz-özünə birləşmə əmələ gələ bilir. Ona görə də kəsən aparatda (jatka) təmir işləri görəndə mütləq mühərriki söndürün.
Kəsən aparatın (jatka) altında təmir və texniki qulluq işləri aparan zaman onu yuxarı vəziyyətə qaldırmaq və transporterin sağ Şəkil 12.Kəsən aparatın bərkidilməsi

tərəfində yerləşən A dəstəyini (şəkil 12) porşenin başlığına dayaq kimi keçirmək lazımdır.
Daşınan zamanı dayaqdan istifadə etmək olmaz!