UCAR RAYONUNDA “PAMBIĞIN BECƏRİLMƏSİ ÜÇÜN AQROTEXNİKİ TƏDBİRLƏRİN TƏŞKİLİ”NƏ HƏSR OLUNMUŞ MÜŞAVİRƏ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

26 mart 2018-ci il tarixdə Bərdə rayonunda keçirilmiş “Pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə ölkə başçısı tərəfindən qarşıya qoyulan tapşırıqların icrası məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Tədbirlər çərçivəsində 22 iyun tarixdə Ucar rayonunda  kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbovun və Nazirliyin, Rayon İcra Hakimiyyətinin, “Aqrolizinq” ASC-nin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Aqrar Elm, İnformasiya və Məsləhət Mərkəzinin əməkdaşlarının, müvafiq pambıq şirkətlərinin nümayəndələrinin və pambıq istehsalçılarının iştirakı ilə “Pambığın becərilməsi üçün aqrotexniki tədbirlərin təşkilimövzusunda müşavirə keçirilib.

Ucar rayon icra hakimiyyəti başçısının müavini Vaqif Mehdiyev müşavirədə pambıqçılığın inkişafı istiqamətində görülən işlər, mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, cari ildə bölgədə 2500 hektar sahədə pambıq becərilir. Əkinlərin 425 hektarı taxıl, 990 hektarı pambıq, 170 hektarı çoxillik yem bitkiləri və digər bitkilər təşkil edir. Hazırda hər yerdə üçüncü kompleks becərmə tədbirləri həyata keçirilir.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov müşavirədə “Azərbaycanda pambıqçılığın inkişafı – hədəflər və perspektivlər” mövzusunda çıxış edərək nazirlik tərəfindən bu sahədə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Pambığın strateji məhsul olduğunu diqqətə çatdıran nazir müavini Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən, bu vəzifələrin icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, son iki ildə pambıqçılıq sahəsi üçün 5700 ədəd texnika alınıb, müasir avadanlıqlarla təchiz edilən 11 regional aqrokimya laboratoriyası yaradılıb.

Müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Pambıqçılığın intensiv texnologiyalar əsasında becərilməsi”, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov “Pestisidlərlə təminatın vəziyyəti” barədə məruzələrlə çıxış ediblər. Çıxışçılar mövzulara aid videoslaydlardan istifadə ediblər.

Tədbir müzakirələr və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib.

Sonda fermer Cavid Əliyevə məxsus pambıq tarlasında mütəxəssislər tərəfindən kultivasiya, seyrəltmə, zərərvericilərlə mübarizə və digər becərmə işlərinin səmərəli təşkilinə dair lazımi tövsiyələr verilib, təkliflər dinlənilib, suallar cavablandırılıb.