BƏRDƏ RAYONUNDA FERMERLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB

Böyütmək | Kiçiltmək |

 

Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisində yerləşən pambıq sahəsində Rayon Kənd Təsərrüfatı İdarəsinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, Bitki mühafizə Mərkəzinin mütəxəssisləri və fermerlərin iştirakı ilə maarifləndirici seminar keçirilib. Seminarda pestisidlərdən düzgün istifadə, texniki təhlükəsizlik tədbirləri, zərərvericilərə qarşı uçot-müşahidə işinin düzgün aparılması ilə bağlı maarifləndirici söhbətlər aparılıb və lazımi tövsiyələr verilib.

Bildirilib ki, pestisidlərlə işləyən fiziki və hüquqi şəxslər onların istifadə edilmə qaydasını bilməli, kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl etməlidirlər.

Tədbir müzakirələr və qarşılıqlı fikir mübadiləsi şəraitində keçib. təkliflər dinlənilib, suallar cavablandırılıb.

Yekunda dərmanlardan istifadədə təhlükəsizlik qaydalarına əməl olunması qaydaları əyani şəkildə nümayiş olunub.

BƏRDƏ RAYONUNDA FERMERLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB
BƏRDƏ RAYONUNDA FERMERLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB
BƏRDƏ RAYONUNDA FERMERLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB
BƏRDƏ RAYONUNDA FERMERLƏR ÜÇÜN SEMİNAR KEÇİRİLİB