AHTİ BLEYVE: FERMERLƏR ƏKİN APARMAMIŞDAN ƏVVƏL DÖVLƏT TƏRƏFİNDƏN ÜSTÜNLÜK VERİLƏN PRİORİTET SAHƏLƏRİ MÜƏYYƏNLƏŞDİRMƏLİDİRLƏR

Böyütmək | Kiçiltmək |

Azərbaycanda səfərdə olan Estoniya Kənd Təsərrüfatının Qeydiyyatı və İnformasiya Agentliyinin direktor müavini Ahti Bleyve Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin mütəxəssisləri üçün Estoniyada kənd təsərrüfatı sahəsində aparılan qeydiyyat və informasiya təminatı  məsələlərinə dair təqdimat keçirib. O, kənd təsərrüfatının bütün sahələrində qeydiyyatın aparılması və fermerlərin informasiya təminatının vacibliyini vurğulayıb.  

A.Bleyve  Azərbaycanda tərəvəz və bağçılıq üçün çox əlverişli iqlim şəraitinin olduğunu vurğulayıb, ölkəmizdə fermerlərin əsasən heyvandarlıqla məşğul olduğunu nəzərə alaraq heyvanların bölgələr üzrə arealını və hər bölgə üzrə sayının qeydiyyata alınmasının vacibliyini söyləyib.

Onun sözlərinə görə fermer dövlət tərəfindən verilən subsidiyaları öz təyinatı üzrə yönəltməli,  informasiya texnologiyalarından istifadə etməyi bacarmalı və bunları öyrədən mütəxəssislərlə daim təmasda olmalıdır. Öz təsərrüfatının informasiya blokunu yaratmalı və ekologiyanı qorumalıdır. Əkin aparılmamışdan əvvəl dövlət tərəfindən üstünlük verilən prioritet sahəni müəyyənləşdirməlidir. Texnikanı öz təsərrüfatının sahəsinə uyğun almalıdır.

“İxrac və idxal proseslərində dövlət fermerlərə daim yardımçı olmalıdır”,-deyə A.Bleyve əlavə edib. 