KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ NİDERLAND KRALLIĞINDA İŞGÜZAR SƏFƏRDƏ OLUB

Böyütmək | Kiçiltmək |

 

Heyət üzvləri aqrar sahədə Azərbaycan-Niderland əməkdaşlığının potensial istiqamətlərini araşdırıblar

 

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Niderland Krallığında işgüzar səfərdə olublar. Səfərdə məqsəd dünyada aqrar sahə üzrə ikinci ölkə olan Niderland Krallığının bu sahədə qabaqcıl təcrübəsi ilə tanış olmaq, aqrar sahədə ölkələr arasında qarşılıqlı əməkdaşlıq üzrə potensial istiqamətləri müəyyən etməkdir.

Nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova, eksperimental pilot layihələr üzrə məsləhətçisi  Martis van Splanter, Aqrar Elm və İnformasiya Mərkəzinin baş direktoru Vüqar Babayev, Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov səfər çərçivəsində Kənd Təsərrüfatı, İqlim və Qida Keyfiyyəti üzrə Nazirliyin Beynəlxalq Aqrobiznes üzrə direktoru Mişel van Erkellə, Kənd təsərrüfatı üzrə məsləhətçi Leon Lomansla kənd təsərrüfatının inkişafı üzrə tərəflər arasında gələcək potensial əməkdaşlıq üzrə istiqamətləri müzakirə ediblər. Heyət həmçinin Niderland Krallığında kənd təsərrüfatı üzrə fəaliyyət göstərən müxtəlif şirkət və təchizatçılarla (Rijk Zwan, Zon Holding, Rivaldi və s.)  səmərəli görüşlər keçirib. Görüşlərdə bu şirkətlərin ölkəmiz üçün səmərəli ola biləcək təklifləri müzakirə edilib. Eyni zamanda heyət aqrar sahədə elm və tədqiqat institutlarının rol və potensialının əhəmiyyətini nəzərə alaraq Wageningen Universitetində müxtəlif görüşlər keçirib, bu istiqamət üzrə qabaqcıl metodlar ilə tanış olublar.

Nazirliyin nümayəndə heyəti aqrar sahədə daha praktiki biliklərin əldə olunması üçün bir neçə yerli təsərrüfat və fermalara baxış keçirib. KTN rəsmiləri kənd təsərrüfatında tətbiq olunan texnologiyalar və  yeni ağıllı həllərin tətbiqi üzrə yeniliklərlə tanış olmaq üçün Haaqada yerləşən Dünya Startap Fabrikində (World Startup Factory) də görüşlər keçiriblər. Heyət üzvlərinə aqrotexnologiyalar üzrə ixtisaslaşan startap layihələri (foodstars) barədə məlumat verilib, onları biznes inkubasiya mərkəzinin işi ilə tanış ediblər. Daha sonra aqrar sahə üzrə ixtisaslaşan startap layihələrin təqdimatı olub.

Səfər çərçivəsində keçirilən görüşlərdə ölkəmiz üçün faydalı ola biləcək ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə edilib, bu istiqamətdə birgə fəaliyyətin istiqamətləri ilə bağlı razılaşma əldə edilib.

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ NİDERLAND KRALLIĞINDA İŞGÜZAR SƏFƏRDƏ OLUB
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ NİDERLAND KRALLIĞINDA İŞGÜZAR SƏFƏRDƏ OLUB
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ NİDERLAND KRALLIĞINDA İŞGÜZAR SƏFƏRDƏ OLUB
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ NİDERLAND KRALLIĞINDA İŞGÜZAR SƏFƏRDƏ OLUB