Bakı Ekspo Mərkəzində “World Food Azerbaijan–2015” və “CaspianAgro – 2015” sərgiləri açılıb

Böyütmək | Kiçiltmək Bu gün Bakı Ekspo Mərkəzində 21-ci Azərbaycan Beynəlxalq qida sənayesi (“World Food Azerbaijan–2015”) və 9-cu Azərbaycan Beynəlxalq kənd təsərrüfatı (“CaspianAgro – 2015”) sərgiləri açılıb. Açılış mərasimində çıxış edən nazir Heydər Əsədov bildirmişdir ki, mövcud əlaqələrin möhkəmlənməsində mühüm rol oynayan bu sərgilər yeni tərəfdaşların axtarışına, Azərbaycanın qida sənayesində yeni texnologiyaların tətbiqinə şərait yaradan işgüzar platformaya çevrilmişdir.
Bakı Ekspo Mərkəzində “World Food Azerbaijan–2015” və “CaspianAgro – 2015” sərgiləri açılıb
Nazir qeyd etmişdir ki, son illər ölkə rəhbərliyi tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsi prosesində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur.
Bakı Ekspo Mərkəzində “World Food Azerbaijan–2015” və “CaspianAgro – 2015” sərgiləri açılıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahənin potensialının tam reallaşdırılması üçün yeni imkanlar açır. Hazırda yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, kənd təsərrüfatının şəxaləndirilmiş inkişaf etdirilməsi, fermerlərə dövlət dəstəyinin daha səmərəli təşkili və ərzaq təhlükəsizliyinə nail olunması aqrar sahədə dövlətin mühüm hədəfləri olaraq nəzərdə tutulur.
Nazir vurğulamışdır ki, Aqrar sahədə aparılan uğurlu islahatların mühüm nəticələrindən biri də Azərbaycanın bir sıra strateji məhsullara olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi və ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığının azalmasıdır. Aqrar sektorda yüksək texnoloji emal və istehsal müəssisələrinin qurulması qida sənayesi və kənd təsərrüfatı məhsullarının ixrac həcmlərinin artmasına səbəb olmuşdur.
Bakı Ekspo Mərkəzində “World Food Azerbaijan–2015” və “CaspianAgro – 2015” sərgiləri açılıb
Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası kontekstində kənd təsərrüfatı və qida sənayesi sahələrində əldə edilmiş nailiyyətlərin nümayiş etdirilməsi, yerli kənd təsərrüfatı və qida məhsullarımızın ixracının təşviq olunması, mütərəqqi texnologiyaların və nou-haunun ötürülməsi, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin gücləndirilməsində, eləcə də milli, regional və qlobal səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsində bu sərginin müstəsna rolu vardır.

Ənənəvi olaraq, paytaxtımız Bakının ev sahibliyi etdiyi “WorldFood” və “Caspian Agro” sərgiləri kənd təsərrüfatı biznesi sahəsində yerli sahibkarlara yeni təcrübə, ən son texnologiyalar və biliklərdən faydalanmaq imkanı yaradır.
Bakı Ekspo Mərkəzində “World Food Azerbaijan–2015” və “CaspianAgro – 2015” sərgiləri açılıb
Belə mühüm tədbirlərin ölkəmizdə davamlı olaraq keçirilməsi Azərbaycanda aqrar sektorda əlverişli investisiya mühitinin və cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində, təcrübə mübadiləsində və qlobal tərəfdaşlığın qurulmasında önəmli rol oynayır.

Təşkil olunduğu illər ərzində beynəlxalq qida sənayesi və kənd təsərrüfatı sərgisi həm dövlət, həm də özəl sektor nümayəndələri arasında müzakirələr və işgüzar görüşlər üçün regionda ənənəvi foruma çevrilmişdir.
Nazir bildirmişdir ki, bu il sərgilərdə dünyanın 39 ölkəsindən 293(və ya 300-dək) şirkət iştirak edir ki, bu da sərginin təşkil olunduğu illər ərzində rekord göstəricidir. Bu il sərginin ümumi ekspozisiyasının 28 faizini yerli şirkətlərin, 72 faizini isə xarici şirkətlərin təşkil etməsi, eləcə də ötən illə müqayisədə ümumilikdə qeyd olunan sərgilərin sahəsinin 37 faiz artması sərginin qida və kənd təsərrüfatı məhsullarının nümayişi üçün mühüm beynəlxalq foruma çevrilməsindən xəbər verir.
Bakı Ekspo Mərkəzində “World Food Azerbaijan–2015” və “CaspianAgro – 2015” sərgiləri açılıb
Mən sərgidə iştirak edən hər kəsə uğurlu və məhsuldar iş, səmərəli əməkdaşlıq arzulayıram. Əminəm ki, sərgidə təqdim olunan məhsulların müxtəlifliyi və aparıcı müəssisələrin təmsil olunması Azərbaycanla yanaşı, iştirak edən ölkələrin istehsalı olan məhsulların təşviq edilməsinə və onların gələcəkdə keyfiyyətinin və çeşidinin genişlənməsinə xidmət edəcəkdir.
Bakı Ekspo Mərkəzində “World Food Azerbaijan–2015” və “CaspianAgro – 2015” sərgiləri açılıb
Tədbir çərçivəsində nazir Heydər Əsədov Belarus Respublikasının Baş nazirinin müavini Vladimir Semaşko ilə görüşmüş, ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunmuşdur.