Toxumçuluq haqqında

Böyütmək | Kiçiltmək |
“2008-2015 – ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və “Azərbaycan Respublikası regionlarının 2014-2018 – ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın icrasına uyğun olaraq Respublikada kənd təsərrüfatı məhsullarının ümumi və vahid sahədən istehsalının artırılması məqsədi ilə məhsul istehsalçılarının, məhsuldar sortların yüksək kondisiyalı toxum və tingi ilə təmin olunması, ən zəruri məsələlərdən biridir.

Qeyd etmək lazımdır ki, hazırda Dövlət Reyestrinə daxil edilmiş toxum və ting istehsalçısı şəhadətnaməsi olan 343 fiziki və hüquqi şəxs, toxum və ting istehsalı üzrə fəaliyyət göstərir. İstehsal olunan toxum və tinglərin 98 % -dən çoxu, özəl toxumçuluq və ting istehsalı müəssisələrində yerinə yetirilir.

Dənli bitkilərin (buğda və arpa) toxumçuluğu ilə 243 nəfər fiziki və hüquqi şəxs məşğul olmuşdur. Həmin istehsalçılar tərəfindən 2014 – cü ildə 61184,o ton birinci və ikinci reproduksiyalı toxum istehsal olunmuşdur. Bunun 98,45 % -i (60247,7 ton) özəl, 1,55 % -i (936,7 ton) dövlət sektorunda fəaliyyət göstərən toxum istehsalçılarının payına düşür. Reproduksiyalı toxum istehsalı üçün tələb olunan orijinal, s/elit və elit (1683.6 ton) toxum Kınd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin tabeçiliyində olan ET İnstitutları tərəfindən istehsal olunmuşdur.

2014 –cü ildə reproduksiyalı qarğıdalı toxumu istehsalı ilə 8 özəl toxumçu məşğul olmuşdur. Həmin ildə 283 ton (141 ton birinci reproduksiya, 142 ton ikinci reproduksiya) qarğıdalı toxumu istehsal olunmuşdur.
Respublikada ən geniş becərilən ərzaq bitkilərindən biri də kartofdur. Kartofun reproduksiyalı toxum istehsalı ilə 7 özəl toxumçu məşğul olmuşdur. 2014 –cü ildə 368,0 ton birinci və ikinci reproduksiyalı kartof toxumu istehsal olunmuşdur.

Elmi-Tədqiqat müəssisələri istisna olmaqla, özəl toxumçuluq təsərrüfatlarından heç biri paxlalı bitkilər və pambığın reproduksiyalı toxum istehsalı ilə məşğul olmamışdır.
Tərəvəz bitkilərindən pomidor, kələm və soğanın reproduksiyalı toxum istehsalı ilə 13 özəl toxumçu məşğul olmuşdur və 2014 –cü ildə 3290 kq birinci və ikinci reproduksiyalı pomidor toxumu, 2100 kq kələm, 5990 kq soğan toxumu istehsal olunmuşdur.

Cari ildə yem bitkilərindən yoncanın toxumçuluğu ilə 11 özəl toxumçu məşğul olmuşdur. Bu bitki üzrə reproduksiyalı toxum istehsalı, cəmi 51,4 ton olmuşdur.

Ting istehsalı meyvə, üzüm və çay bitkiləri üzrə olmuşdur. 2014 – cü ildə meyvə tingi (alma, armud və s.) istehsalı üzrə 5 nəfər ting istehsalşısı məşğul olmuşdur və 122285 ədəd ting istehsal olunub fermerlərə stılmışdır. Üzüm ting istehsalı, meyvə tingləri ilə müqayisədə az istehsal olunmuşdur, cəmi 50000 ədəd. Ən çox istehsal olunan olunan çay tingi olmuşdur ki, 4 özəl ting istehsalçısı tərəfindən 5 milyon ədəd istehsal olunmuşdur.