SİÇANABƏNZƏR GƏMİRİCİLƏRİN İNKİŞAF DİNAMİKASINDA ARTIM MÜŞAHİDƏ OLUNUR – XƏBƏRDARLIQ

Böyütmək | Kiçiltmək |

 

Cari ilin payız mövsümündə payızlıq taxıl və çoxillik əkin sahələrində, eləcə də təbii bitki örtüyü və meyvə bağlarında siçanabənzər gəmiricilərin inkişaf dinamikasında artım müşahidə olunmaqdadır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti vəziyyətin ciddiliyini nəzərə alaraq fermerlərə, təsərrüfat subyektlərinə və vətəndaşlara xəbərdarlıq edərək preventiv mübarizə tədbirlərindən istifadə olunmasını tövsiyə edir.

Preventiv mübarizə həm payızlıq taxıl əkini sahələrinin vaxtında şumlanaraq normal bitki sıxlığının alınmasına yönəlmiş aqrotexniki tədbirlər sistemi, həm də gəmiricilərə qarşı aparılan mexaniki mübarizə üsuludur. Sahələrin kənarındakı sirayətlənmiş mərzlər çizellənməklə siçanabənzər gəmiricilərin yuvaları dağıdılmalıdır. Bağ və yonca sahələrinə dondurma suyunun vaxtında verilməsi gəmiricilərlə qarşı səmərəli mübarizə üsuludur.

Əks təqdirdə vaxtında və düzgün aparılmayan tədbirlər sicanabənzər gəmiricilərin əkin sahələrində artımını sürətləndirəcək.

SİÇANABƏNZƏR GƏMİRİCİLƏRİN İNKİŞAF DİNAMİKASINDA ARTIM MÜŞAHİDƏ OLUNUR – XƏBƏRDARLIQ
SİÇANABƏNZƏR GƏMİRİCİLƏRİN İNKİŞAF DİNAMİKASINDA ARTIM MÜŞAHİDƏ OLUNUR – XƏBƏRDARLIQ