SLOVENİYADA ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİR

Böyütmək | Kiçiltmək |

 

Tədbirdə Dövlət Fitosanitar Xidmətinin nümayəndə heyəti iştirak edir

 

Dekabr ayının 3-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və Sloveniyanın Kənd Təsərrüfatı, Meşəçilik və Ərzaq Təhlükəsizliyi Nazirliyinin təşkilatçılığı ilə Sloveniyanın paytaxtı Lyublyana şəhərində “Ərzaq təhlükəsizliyi: Baytarlıq və fitosanitar sahəsində əməkdaşlığın təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması” mövzusunda texniki tədbir öz işinə başlayıb.

Dekabrın 7-nə qədər davam edəcək proqram çərçivəsində milli bitki mühafizəsi təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi və müasir tələblərə cavab verəcək səviyyədə təşkili, beynəlxalq fitosanitar standartlar və onların təhlili, Avropa və Aralıq dənizi bitki mühafizəsi təşkilatları haqqında məlumat xarakterli təqdimatlar, Avropa Ərzaq Təhlükəsizliyi Agentliyinin fəaliyyət istiqamətləri və digər mövzularda təlim tədbirləri həyata keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov və Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Damət Sultanov, eləcə də Dövlət Gömrük Komitəsinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak edirlər.

SLOVENİYADA ƏRZAQ TƏHLÜKƏSİZLİYİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİR