Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıb

Böyütmək | Kiçiltmək

Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıbOktyabrın 10-da Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanda (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının növbəti respublika sərgi-satış yarmarkası açılıb.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov yarmarkaya gələrək burada yaradılan şəraitlə tanış olub, bal istehsalçıları və alıcılarla söhbət edib, balın keyfiyyəti və qiyməti ilə maraqlanıb.

Seyfəddin Talıbov jurnalistlərə müsahibəsində bildirib ki, “Arıçılıq haqqında” qanuna əsasən, hər il keçirilən yarmarka artıq ənənəyə çevrilib. Bakı sakinlərində böyük maraq doğuran sərgi-satış yarmarkasının məqsədi ölkəmizdə arıçılığı təbliğ etmək, onu geniş yaymaq və inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq və arıçılıq məhsullarının ixracı üçün yollar axtarmaqdır. Kənd Təsərrüfatı Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıbNazirliyi bu il bu sahəni daha ciddi nəzarətə götürüb. Məqsəd odur ki, paytaxt sakinlərinin daha keyfiyyətli təbii balla təsisatında bir baza yaradaq. Bunun üçün ilkin olaraq biz elanları verərək qaynar xətt vasitəsilə nazirliyin qeydiyyat sistemini formalaşdırdıq. Əvəlcədən Azərbaycanda arıçılıqla fəaliyyət göstərən bütün istehsalçıların məlumat bazasını formalaşdırmışdıq. Alınmış nümunələrin zona baytarlıq laboratoriyasında müvafiq analizlərin aparılmasını təmin etdik. Müsbət rəyə malik olan arı məhsullarının burada anbara götürülməsini təmin etdik.

Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıbBildirilib ki, sərgi-satış yarmarkasının keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədilə arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarında və satış pavilyonlarında müşahidə kameraları ilə nəzarət həyata keçiriləcək. Yarmarkada yerlərin bölüşdürülməsi arıçıların iştirakı ilə püşkatma qaydasında müəyyən edillib. Respublika Baytarlıq Laboratoriyasında təkrar analizlər aparılarkən 5 satıcı tərəfindən təqdim olunmuş bütün məhsulların keyfiyyətinin aşağı olması müəyyənləşdirilib. Həmin məhsulları kənarlaşdırdıq. 16 istehsalçının təqdim etdiklərində müəyyən şübhələr var. Biz onların bütün məhsullarının təkrar analizini həyata keçiririk. Yaxın günlərdə bu analizlərin cavabı mənfi olarsa, onların da satışına icazə verilməyəcək. 380 istehsalçı yarmarkaya 250 tondan çox arıçılıq məhsulları çıxardıb.

Bakıda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası açılıbQeyd edilib ki, yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən təbii balın və digər arıçılıq məhsullarının satışına icazə verilir. Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan arıçılıq məhsullarının yarmarkada nümayişinə və satışına yol verilməyəcək.

Nazir müavini deyib ki, hazırda arıçılıq kənd təsərrüfatı sahəsinin ən gəlirli sahələrindən biridir. Son 10 ildə demək olar ki, Azərbaycanda arı ailələrinin sayı təxminən 2,4 dəfə artıb. 2014-cü ildə Azərbaycanda  438 min başdan çox arı ailəsi mövcuddur. Bu onu göstərir ki, son dövrlərdə respublikada arıçılığa maraq artıb.

Yarmarka noyabrın 10-dək davam edəcək.