Tacikistanın paytaxtı Düşənbə şəhərində beynəlxalq seminar keçirilmişdir

Böyütmək | Kiçiltmək |

Tacikistanın paytaxtı Düşənbə şəhərində beynəlxalq seminar keçirilmişdir15-18 oktyabr 2015-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə Tacikistanın paytaxtı Düşənbə şəhərində “Bitkiçiliyin davamlı intensivləşdirilməsi, torpaqqoruyucu və resursmühafizəedici əkinçilik” sistemi mövzusunda Beynəlxalq seminarı keçirilmişdir. Tədbirdə 10 –dan çox ölkənin alim və mütəxəssisləri, beynəlxalq ekspertlər, eləcədə yerli fermerlər və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Seminarda Aparatın Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov və Aqrar Elm və informasiya Məsləhət Mərkəzinin şöbə müdiri Şükür Əhmədov iştirak etmişdir.

Seminarın açılışında FAO-nun nümayəndəsi Hafiz Mumincanov,Tacikistan Respublikası Kənd təsərrüfatı Nazirinin müavini Camila Sayidova və resursmühafizəedici əkinçilik sistemi üzrə Beynəlxalq ekspert Amir Kassam çıxış edərək bu texnologiyanın genişləndirilməsi üçün hər bir ölkənin milli səviyyədə siyasətinin və müfəssəl proqramının işlənib hazırlanmasının vacib olduğnu bildirmişlər. Tədbirin ikinci günündə mövzu ilə bağlı ölkə təqdimatları olmuş və proqrama uyğun olaraq İmran Cümşüdov “Azərbaycanda torpaqqoruyucu və resursmühafizəedici   əkinçilik siteminin tətbiqi və əldə olunmuş nəaliyyətlər” mövzusunda təqdimatla çıxış etmişdir. Tədbirin üçüncü günü fermer sahələrinə baxış keçirilmiş və tarla şəraitində sıfır becərmə üsulu ilə payızlıq taxıl səpini əyani olaraq seminar iştirakçılarına nümayiş etdirilmişdir.

Seminarın sonunda yekun müzakirələr aparılmış və tövsiyyə olunmuşdur ki, torpaq münbitliyinin bərpa olunması, mövcud resurslardan dahada səmərəli istifadə etmək və keyfiyyətli məhsul istehsalına nail oplmaq üçün qarşıya çıxan problemlər aradan qaldırılmalı və FAO-nun bu istiqamətdə Regionlardakı fəaliyyəti dahada gücləndirilməlidir.