Mətbuat xidmətinin məlumatı

Böyütmək | Kiçiltmək

Mətbuat xidmətinin məlumatıSaxta bal aşkar olunub!!! Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 10 oktyabr 2015-ci il tarixdən Bakı şəhəri, Nizami küçəsi, 92 ünvanında (köhnə dəyirmanın yaxınlığında) arıçılıq məhsullarının sərgi-satış yarmarkası keçirilir. Sərgi-satış yarmarkasında respubliknın əksər rayonlarından gəlmiş arıçılar iştirak edir, xüsusilə Astara və Daşkəsən rayonlarından gələn arıçılar daha çox təmsil olunurlar. Arıçılıq məhsullarının sərgi-satış yarmarkasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılara öz məhsullarını satmaq üçün lazımi şərait yaradılmışdır. Bildirir ki, bütün bal məhsulları rayonlarda zona baytarlıq laboratoriyalarında müayinədən keçirilmiş, bal məhsulu olan qablar bağlanaraq möhürlənmiş və keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədlər əsasında arıçılıq məhsullarının müvəqqəti saxlanma anbarına təhvil verilmişdir.Yarmarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin təmin olunması məqsədi ilə satış salonunda və bal saxlanan anbarda müşahidə kameraları quraşdırılmışdır. Eləcə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən arıçılıq məhsullarının sərgi-satış yarmarkasının mütəşəkkil keçirilməsi üçün mütəxəssislərdən ibarət İşçi Qrupu yaradılmış və yarmarkanın gedişinə daim nəzarət edilir.

İşçi Qrupu tərəfindən salonda satılan arıçılıq məhsullarına nəzarət edilərkən laboratoriya müayinəsindən keçməyən, mənşəyi məlum olmayan, anbara təhvil verilməyən və qeydiyyata alınmayan hər biri 50 kq-dan artıq olan 13 ədəd balla dolu bidonların 21oktyabr 2015-ci il tarixdə yarmarkaya keçirilməsi faktı aşkar edilmişdir.

İşçi Qrupu tərəfindən 7 arıçıya aid balla dolu olan bidonlar müvafiq qaydada aktlaşdırılaraq dərhal sərgi-satış yarmarkasından çıxarılmış və həmin arıçılar da yarmarkadan kənarlaşdırılmışlar.