KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ 432 VAKANT VƏZİFƏ ÜZRƏ İŞƏ QƏBUL ELAN EDİB

Böyütmək | Kiçiltmək |

 

Kənd Təsərrüfatı Nazirliyi 432 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul elan edib. Aprelin 15-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib. 

Müsahibə mərhələsi üzrə qeydiyyat mayın 15-dək davam edəcək.

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru üzrə müəyyənləşib.

Elanla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

 

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=268&DoKod=208

 

http://eservices.dim.gov.az/dqq/Report/MsbMshVakUzreHesabat?ElanID=267&DoKod=208

 

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ 432 VAKANT VƏZİFƏ ÜZRƏ İŞƏ QƏBUL ELAN EDİB