"AQROLİZİNQ" ASC-NİN GÜZƏŞTLƏRİN TƏTBİQİ ÜZRƏ XÜSUSİ KOMİSSİYASININ QƏRARI İLƏ YERLƏRDƏ FERMERLƏRƏ SƏNƏDLƏRİN TƏQDİMATI OLUB

Böyütmək | Kiçiltmək |

"AQROLİZİNQ" ASC-NİN GÜZƏŞTLƏRİN TƏTBİQİ ÜZRƏ XÜSUSİ KOMİSSİYASININ QƏRARI İLƏ YERLƏRDƏ FERMERLƏRƏ SƏNƏDLƏRİN TƏQDİMATI OLUB
Gəncə şəhəri və Tovuz rayonunda “Aqrolizinq” ASC-nin güzəştlərin tətbiqi üzrə xüsusi komissiyasının növbəti səyyar iclasları keçirilib.

Lizinq obyekti olan kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə tətbiq edilən güzəştlər əsasında sənədləşmə işlərinin yerlərdə aparılması məqsədilə noyabr ayını 20-si Gəncə şəhərində keçirilən səyyar iclasda “Aqrolizinq” ASC idarə heyətinin sədri Elşən Məmmədov çıxış edərək fermerlərə göstərilən dövlət qayğısından, kənd təsərrüfatının inkişafı ilə bağlı son vaxtlar imzalanan fərman və sərəncamların əhəmiyyətindən danışıb. Diqqətə çatdırılıb ki, bu günədək “Aqrolizinq” ASC-yə elektron qaydada daxil olmuş 4637 müraciət üzrə xüsusi komissiyanın qərarı ilə 3651 istifadəçinin lizinqə götürdüyü 11489 kənd təsərrüfatı texnikasına 43.859.487,13 manat məbləğındə güzəşt tətbiq edilib.
"AQROLİZİNQ" ASC-NİN GÜZƏŞTLƏRİN TƏTBİQİ ÜZRƏ XÜSUSİ KOMİSSİYASININ QƏRARI İLƏ YERLƏRDƏ FERMERLƏRƏ SƏNƏDLƏRİN TƏQDİMATI OLUBSonra güzəştlərin tətbiqi üzrə xüsusi komissiyanın sədri Mikayıl Nuriyev lizinq alanların gediş-gəlişinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması və fermerlərə yerindəcə əməli kömək göstərilməsi məqsədilə belə səyyar iclasların digər bölgələrdə də keçiriləcəyini diqqətə çatdırıb.
İclasdan sonra Gəncə şəhəri, Samux, Goranboy və Göygöl rayonları üzrə 100-ə yaxın istifadəçiyə lizinq yolu ilə verilmiş 180 ədəd müxtəlif kənd təsərrüfatı texnikası üçün müqavilələr bağlanıb. Güzəşt tətbiq edildikdən sonra texnikaların istifadəçinin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib.
"AQROLİZİNQ" ASC-NİN GÜZƏŞTLƏRİN TƏTBİQİ ÜZRƏ XÜSUSİ KOMİSSİYASININ QƏRARI İLƏ YERLƏRDƏ FERMERLƏRƏ SƏNƏDLƏRİN TƏQDİMATI OLUBNoyabrın 21-də Tovuz rayonunda keçirilən iclasda Tovuz, Qazax, Ağstafa, Gədəbəy və Şəmkir rayonları üzrə 76 istifadəçiyə lizinqə verilmiş 166 ədəd müxtəlif kənd təsərrüfatı texnikası üçün müqavilə bağlanıb və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib.
Fermerlər göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.