NAZİR HEYDƏR ƏSƏDOV İSRAİLİN AZƏRBAYCANDAKI SƏFİRİNİ QƏBUL ETMİŞDİR

Böyütmək | Kiçiltmək

NAZİR HEYDƏR ƏSƏDOV İSRAİLİN AZƏRBAYCANDAKI SƏFİRİNİ QƏBUL ETMİŞDİRBugün nazir Heydər Əsədov İsrail Dövlətinin Azərbaycandakı səfiri Dan Stavı qəbul etmişdir.
Nazir Heydər Əsədov İsrail ilə ölkəmiz arasında səmərəli əməkdaşlıq əlaqələrinin olmasının kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün zəmin yaratdığını bildirmiş və Azərbaycanın İsrailin bu sahədəki geniş təcrübəsindən daha səmərəli faydalanmaq istəyində olduğunu qeyd etmişdir. Daha sonra nazir Heydər Əsədov 2014-cü ildə İsrailə səfərini xatırladaraq bu səfər çərçivəsində aparılmış danışıqların, keçirilmiş görüşlərin və təcrübə mübadiləsinin  iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığına töhvə verdiyini bildirmişdir.
Səfir Dan Stav səmimi qəbula görə təşəkkürünü buldirmiş və əməkdaşlığı təşviq etməyə hazır olduğunu qeyd etmişdir. O, aqrar təhsil və tədqiqat sahəsində İsrailin geniş təcrübəyə malaik olduğunu və bu sahədə əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu qeyd etmişdir.
Daha sonra tərəflər arasında suvarma, kənd təsərrüfatında heyvanların süni mayalandırılması, birgə seminarların təşkil olunması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.