ADAU-DA II BEYNƏLXALQ YAY MƏKTƏBİ KEÇİRİLƏCƏK

Böyütmək | Kiçiltmək |

Ötən ilin 16-28 iyul tarixlərində respublikamızın ali təhsil müəssisələri ilə yanaşı Belarus, Qazaxıstan, Gürcüstan, Çin Xalq Respublikası, Çexiya, Türkiyə, Rusiya, Polşa, Özbəkistan və İran İslam Respublikasının ali təhsil müəssisələrindən 34 tələbənin iştirakı ilə “Davamlı İnkişaf Hədəfləri” adlı I Beynəlxalq yay məktəbi keçirilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin beynəlxalq nüfuzunun artırılması, dövlətimizin aqrar sahəyə və aqrar təhsilə qayğısının təbliğ edilməsi baxımından əhəmiyyətini nəzərə alaraq, 2019-cu ilin 8-18 iyul tarixlərində bakalavriat səviyyəsinin tələbələri üçün “Aqrar sahənin innovasiyalı inkişafı: dünya təcrübəsi, perspektivlər” adlı 2-ci Beynəlxalq yay məktəbi təşkil olunması qərara alınıb.

Yay məktəbinin təşkilində məqsəd yerli və xarici ali təhsil müəssisələrinin bakalavriat tələbələrini bir yerə toplamaqla, aqrar sahənin innovativ inkişafının müasir vəziyyətini və perspektivlərini müzakirə etməkdir.

Yay məktəbində yaşayış və qidalanma xərclərinin universitetin büdcədənkənar vəsaiti, səfər və viza xərclərinin iştirakçıların hesabına ödənilməsi nəzərdə tutulub. Son müraciət tarixi 31 may 2019-cu ildir.

Əlavə məlumatları universitetin www.adau.edu.azinternet səhifəsindən əldə etmək olar.