DABAQ XƏSTƏLİYİNƏ QARŞI PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİNƏ BAŞLANILMIŞDIR

Böyütmək | Kiçiltmək

DABAQ XƏSTƏLİYİNƏ QARŞI PEYVƏNDLƏMƏ TƏDBİRLƏRİNƏ BAŞLANILMIŞDIRÖlkə ərazisinin epizootoloji sabitliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Beynəlxalq Epizootik Büronun tələblərinə uyğun olaraq Epizootiya əleyhinə tədbirlər planına əsasən 2015-ci ilin dekabr ayında  respublika ərazisində  dabaq xəstəliyinə qarşı profilaktiki peyvəndləmə tədbirinə başlamışdır. İri buynuzlu heyvanların peyvəndlənməsi ilk növbədə ölkənin sərhəd rayonlarında, daha sonra  respublikanın digər rayonlarda həyata keçiriləcəkdir.

Dabaq xəstəliyinə qarşı profilaktik tədbirlərin daha səmərəli və operativ həyata keçirilməsi üçün heyvan sahiblərinin və aidiyyəti yerli qurumların yerlərdə dövlət baytarlıq xidmətinin mütəxəssislərinə müvafiq şərait yaratmaqla əməli köməklik göstərmələri tövsiyə olunur.

Hazırda respublikada epizootik vəziyyəti sabitdir.