MÜSABİQƏDƏ QALİB GƏLƏN JURNALİSTLƏR MÜKAFATLANDIRILDI

Böyütmək | Kiçiltmək |

MÜSABİQƏDƏ QALİB GƏLƏN JURNALİSTLƏR MÜKAFATLANDIRILDIKənd Təsərrüfatı Nazirliyinin “Aqrar sahə: Yeni inkişaf mərhələsində” mövzusunda jurnalistlər arasında keçirdiyi yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlan- dırılıblar.

Kənd təsərrüfatı nazir Heydər Əsədov müsabiqədə qalib gələn jurnalistləri təbrik edib. Nazir “Kənd təsərrüfatı ili” çərçivəsində aqrar sektorda görülən işlərin, əldə olunan nəticələrin, bu sahəyə göstərilən dövlət dəstəyinin ictimaiyyətə çatdırılmasında KİV nümayəndələrinin böyük xidmətləri olduğunu vurğulayıb.

MÜSABİQƏDƏ QALİB GƏLƏN JURNALİSTLƏR MÜKAFATLANDIRILDIHeydər Əsədov aqrar sahəyə göstərilən dövlət dəstəyindən danışaraq, fermer və sahibkarların müasir kənd təsərrüfatı texnikası, keyfiyyətli gübrə ilə təminatı, subsiyalaşdırma, toxumçuluğun inkişaf etdirilməsi, mal-qaranın süni mayalandırılması və digər tədbirlər barədə də məlumat verib.

MÜSABİQƏDƏ QALİB GƏLƏN JURNALİSTLƏR MÜKAFATLANDIRILDIBildirildi ki, jurnalistlər arasında keçirilən yaradıcılıq müsabiqəsinin şərtlərinə uyğun olaraq, oktyabrın 1-dən noyabrın 10-dək komissiyaya daxil olan 25 materialdan 20-si mükafata layiq görülüb.

Daxil olan materialların ikisi birinci yer, ikisi ikinci yer, ikisi üçüncü yer, on dördü isə həvəsləndirici mükafata layiq görülmüşdür.

Sonra yaradıcılıq müsabiqəsində fərqlənən jurnalistlər mükafatlandırıldı.