“ELEKTRON KƏND TƏSƏRRÜFATI” İNFORMASİYA SİSTEMİNİN YARADILMASI ÜZRƏ TEXNİKİ DƏSTƏK LAYİHƏSİNİN RƏHBƏR KOMİTƏSİNİN İLK İCLASI KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək

“ELEKTRON KƏND TƏSƏRRÜFATI” İNFORMASİYA SİSTEMİNİN YARADILMASI ÜZRƏ TEXNİKİ DƏSTƏK LAYİHƏSİNİN RƏHBƏR KOMİTƏSİNİN İLK İCLASI KEÇİRİLMİŞDİRAzərbaycan- da “Elektron Kənd Təsərrüfatı” informasiya sisteminin yaradılması üzrə həyata keçirilən sistemli tədbirlərin və institusional islahatların davamı olaraq bü gün, Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin Rəhbər Komitəsinin ilk iclası keçirilmişdir.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri İlham Bayramovun sədrliyi ilə keçirilən iclasda Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Olaf Heydelbax, Nazirliyin aidiyyəti şöbələrinin məsul vəzifəli şəxləri, həmçinin layihənin icrası üzrə məsul olan Vialto Konsorsiumun üzvləri iştirak etmişlər.

Layihənin icrası ilə bağlı Nazirliyin tələbləri və gözlənilən nəticələr, eləcə də həlli vacib məsələlər və qarşıya qoyulmuş məqsədlər barədə geniş məlumat verilmiş və müzakirələr aparılmışdır. 

Bundan sonra, layihə rəhbəri Pavel Tojaçekin təqdimatında layihənin ilkin hesabatı Rəhbər Komitənin diqqətinə çatdırılmışdır. İlkin hesabat çərçivəsində layihənin icra qrafiki və əhatə dairəsi, o cümlədən nəzərdə tutulan fəaliyyətlər və mövcud vəziyyət barədə ətraflı məlumat verilmişdir.

Təqdimatdan sonra qeyd olunan məsələlərə dair geniş fikir mübadiləsi aparılmışdır