ŞƏKI RAYONUNDA REGİONAL SEMINAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək |

ŞƏKI RAYONUNDA REGİONAL SEMINAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR16 dekabr 2015-ci il tarixdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Şəki rayonunda Xidmətinin yerli qurumlarının- rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Respublikanın mədəni əkinlərində inteqrir mühafizəsi sisteminin təkmilləşdirilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsinin vəziyyəti” nə dair IV regional müşavirə keçirilmişdir.

Tədbiri giriş sözü ilə Şəki şəhər icra hakimiyyəti başçısının müavini- sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Firon Əliyev açaraq keçirilən tədbirin bölgədə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin çevikliyinin və səmərəliliyinin artırılmasında və məhsuldarlığının yüksəldilməsində əhəmiyyətli olduğunu vurğulamışdır.

ŞƏKI RAYONUNDA REGİONAL SEMINAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİRKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bölgədə mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edərək aqrobiosenoza pestisid təzyiqinin azaldılması istiqamətində mövcud problemlərin həlli yollarını göstərdi. Daha sonra “Respublika ərazisində yovşanyarpaqlı ambroziyanın (Ambrosia artemisiifolia L.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə məhdudlaşdırıcı və ləğvedici tədbirlər planını”nın icra vəziyyəti barədə məlumat verdi.

Müşavirədə “Dənli, taxıl bitkiləri əkinlərində inteqrir mübarizə tədbirləri” və “Respublika ərazisində tikanlı quşüzümünün (Solanum rostratum Dunal.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planının icra vəziyyəti ” mövzularında məruzələr edilmiş və müvafiq müzakirələr aparılmışdır.

Müşavirə iştirakçılarına Dövlət Xidməti tərəfindən hazırlanmış payızlıq taxıl əkinlərində inteqrir mübarizənin texnoloji xəritəsi, daxili karantin obyektləri olan tikanlı quşüzümü və yovşanyarpaqlı ambroziya barədə bukletlər, eləcə də karantin orqanmizmlərin təcrid və ləğv edilməsinə dair milli fitosanitar fəaliyyət planları paylanılmışdır.

Sonda müşavirə iştirakçıları Şəki-Zaqatala bölgəsində siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı həyata keçirilən mübarizə tədbirlərinin gedişi ilə tanış olublar.
Müşavirə iştirakçıları və fermerlər kənd təsərrüfatının inkişafı istiqamətində fermerlərə göstərilən qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Kənd Təsərrüfatı Nazirliyinə öz minnətdarlıqlarını bildirmişlər.