FAO-NUN KARTOF TOXUMÇULUĞUNA HƏSR OLUNMUŞ LAYİHƏSİNİN YEKUN SEMİNARI KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək |

FAO-NUN KARTOF TOXUMÇULUĞUNA HƏSR OLUNMUŞ LAYİHƏSİNİN YEKUN SEMİNARI KEÇİRİLMİŞDİR22 dekabr 2015-ci il tarixdə Mariott otelində FAO-nun  texniki dəstəyi ilə həyata keçirilən “Azərbaycanda xəstliklərdən azad kartof toxumçuluğunun yaradılması” layihəsinin bağlanmasına həsr olunan yekun seminar keçirilmişdir. Seminarada Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları,  Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinun, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və onun müvafiq Zona Təcrübə Stansiyalarının, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndələri, eləcə də  FAO-nun Azərbaycandakı nümayəndəsi Mustafa İmir və digər  əməkdaşları iştirak etmişlər.

Seminarı giriş sözü ilə açan KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət xidmətinin rəisi Möhtəsim Əhmədov 2013-cü ildən Azərbacanda həyata keçirilən bu layihənin əsas məqsəd və vəzifələri, həmçinin toxumçuluq sektoruna verdiyi töhfədən bəhs etmişdir.

Layihənin əsas məqsədi müasir kartof toxuma kulturası laboratoriyasını yaratmaqla virussuz kartof toxumçuluq sisteminin yaradılması və kartofçuluqla məşğul olan fermerlərin sağlam kartof toxumuna olan tələbatının yerli istehsal hesabına ödənilməsidir.  Layihənin nəticəsi olaraq Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda biotexnologiya laboratoriyası yaradılmış və müasir avadanlıqla təmin edilmişdir.  İnstitutda yaradılmış şərait toxuma kulturası  texnologiyasının tətbiqi ilə kartof yumrularının alınmasına və sürətlə çoxaldılmasına inkan verir.

FAO-NUN KARTOF TOXUMÇULUĞUNA HƏSR OLUNMUŞ LAYİHƏSİNİN YEKUN SEMİNARI KEÇİRİLMİŞDİRLayihə çərçivəsində həmçinin Almaniya və Hollandiyadan gətirilmiş 19 məhsuldar kartof sortunun 3 aqroekoloji zonada sınağı həyata keçirilmiş və yerli şəraitə uyğun gələn məhsuldar sortlar seçilərək Dövlət Reyestrinə daxil edlmək üçün Dövlət sort-sınaq komissiyasına təqdim edilmişdir.

Kadr hazırlığı da layihənin əsas hədəflərindən biri olmuşdur. Məlumat verilmişdir ki, layihə çərçivəsində tədqiqatçılar və mütəxəssislər üçün toxuma kulturası metodlarının tətbiqi, laboratoriya şəraitində virusların təyin edilməsi, sınaq nəticələrinin differensial təhlili mövzularında təlim kursları təşkil edilmiş və yerli kadr heyətinin potensialı artırılmışdır.

FAO-nun Nümayəndəsi Mustafa İmir layihənin əldə etdiyi uğurlu nəticələr baxımından, Kənd Təsərrüfatı Nazirliyinin layihə fəaliyyətlərinin genişləndirilməsində maraqlı olduğunu və bu baxımdan FAO tərəfindən ölkəni əhatə edəcək xəstəliklərdən azad kartof toxumu istehsalı sistemin yaradılması ilə əlaqədar investisiya layihəsinin hazırlandığını nəzərə çatdırmışdır.    

Seminarda müxtəlif mövzularda təqdimatlar edilmişdir. Xüsusilə vurğulanmışdır ki, yaradılmış kartof  toxumçuluğu sistemi ölkənin kartof toxumuna olan ehtiyacının yerli istehsal hesabına ödənilməsinə ciddi töhfə verəcək və idxaldan asılılığı azaldacaqdır.