KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək |

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİRBu gün kənd təsərrüfatı nazirliyində Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr”in müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir. İclasda nazirliyin şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri və rayon toxum müfəttişlərinin iştirak etmişlər.
Kollegiyada çıxış edən Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “2015 ildə toxumçuluq sistemində mövcud vəziyyət və qarşıda duran vəzifələr” barədə geniş məlumat vermişdir.
Bildirilmişdir ki, ölkədə aparılan toxumçuluq siyasətinin əsas məqsədi daxili toxum bazarını keyfıyyətli, yüksək məhsuldar bitki sortlarının toxumları və tingləri ilə təmin etməkdən ibarətdir. Bu vəzifənin həyata keçirilməsində özəl toxumçu və ting istehsalçılarının fəaliyyəti xüsusi əhəmiyyətə malikdir.
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadı inkişafına dair Dövlət Proqramı" üzrə həyata keçirilən Tədbirlər Planlarında respublikada bitkiçiliyin, o cümlədən onun tərkib hissəsi olan toxumçuluğun inkişaf etdirilməsi, yüksək keyfıyyətli və məhsuldar toxumlara olan tələbatın ödənilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuş və bu istiqamətdə mühüm nailiyyətlər əldə olunmuşdur.
"Toxumçuluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunan kvota əsasında elmi-tədqiqat və digər müvafıq strukturların təcrübə təsərrüfatlarında tələb olunan miqdarda orijinal, super elit və elit toxumları istehsalına çəkilən xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Həmçinin 2007-ci ildən başlayaraq 1-ci və 2-ci reproduksiyalı toxumlar və ting istehsalına görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya verilir. Bu tədbir respublikanın regionlarında toxumçuluq və tingçilik işlərinin genişləndirilməsi, kənd təsərrüfatı bitkilərinin toxumlarının və tinglərinin artırılması, toxumçuluq təsərrüfatlarının maddi-texniki bazalarının yaxşılaşdırılması istiqamətində öz müsbət təsirini göstərməkdədir.
KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİRDövlət qayğısından istifadə edən bütün növ toxum və ting istehsalçılarının istehsala marağı artmış, istər orijinal, superelit və elit toxumların, istərsə də 1-ci və 2-ci reproduksiyalı toxumların istehsalının genişləndirilməsi imkanları yüksəlmiş və bəzi bitki toxumlarma, xüsusən strateji əhəmiyyətə malik taxıl toxumuna olan tələbat əsasən daxili istehsal hesabına təmin olunmuşdur.
Lakin bəzi hallarda torpaq mülkiyyətçiləri sort və səpin keyfıyyətləri məlum olmayan toxumlardan istifadə edirlər ki, bu da son nəticədə məhsuldarlığın kəskin azalmasına və məhsulun keyfıyyətinin pisləşməsinə səbəb olur.
2015-ci ilin məhsulu üçün toxumçuluq subyektləri tərəfindən əkilmiş 60,4 min ha toxumluq taxıl sahəsində aprobasiya aparılmış və dövlət standartlarının tələblərinə cavab verməyən 18,5 min ha sahə toxum dövriyyəsindən çıxarılmış, qalan 42,0 min ha sahə biçilmiş və toxumlar təmizlənərək kondisiyaya çatdırılmışdır.
2015-ci təsərrüfat ilində dövlət və özəl toxumçuluq təsərrüfatları üzrə cəmi 169,0 min ton taxıl toxumu istehsal edilmişdir. İstehsal olunmuş taxıl toxumunun 119,0 min tonu buğda, 50,0 min tonu arpa toxumu olmaqla, cəmi toxumun 42,0 tonunu orijinal, 200,2 tonunu superelit, 1612,0 tonunu elit, 22,6 min tonunu Rı, 43,0 min tonunu R2 və 100,0 min tondan artığı isə reproduksiyasız toxumlar təşkil etmişdir. Toxum istehsalının 37,3 faizi özəl toxumçuluq təsərrüfatlarının, 1,5 faizi Aqrar Elm Mərkəzinin, 60,5 faizi isə ayrı-ayrı fıziki və hüquqi şəxslərin payına düşür.
"Kənd təsərrüfatı bitkiləri toxumçuluğu ilə məşğul olan hüquqi və fıziki şəxslərin attestasiyadan keçirilməsi və toxum istehsalçılarının reyestrinə daxil edilməsi barədə" Əsasnamənin tələblərinə uyğun olaraq 2015-ci il ərzində 54 fıziki və hüquqi şəxs toxum istehsalçılarının reyestrinə daxil edilmişdir. Ümumiyyətlə, respublika üzrə cəmi 354 toxumçuluq subyekti toxum və ting istehsalı ilə məşğul olur.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti "Toxumçuluq haqqında" Qanunun 15-ci maddəsinin 1-ci abzasma uyğun olaraq məhsul istehsalçılarının yüksək məhsuldar və quraqlığadavamlı sortlarm kondisiyalı toxuma olan tələbatlarının dayanıqlı olaraq ödənilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində Dövlət Toxum Fondunun yaradılması haqqında 2 mart 2015-ci il tarixli Sərəncam imzalamışdır.
Yaradılan Dövlət Toxum Fondu məhsul istehsalçılarını keyfıyyətli toxumla təmin etmək, dövlətin beynəlxalq müqavilələrini yerinə yetirmək, habelə təbii fəlakətə məruz qalmış bölgələrə köməklik göstərmək funksiyalarını həyata keçirəcəkdir. Bu fəaliyyətlərin təmin olunması məqsədilə Respublikada dövlət reyestrinə daxil edilmiş bitki sortlarının toxumları dövlət, yerli və sığorta fondlarına tədarük olunacaqdır. Bu da əhalinin ərzaq təhlükəsizliyinin təmin olunmasında vacib əhəmiyyətə malikdir.
Kollegiyanın sədri, nazir Heydər Əsədov toxumçuluğun bitkiçilik məhsullarının istehsalında ən vacib sahələrdən biri olduğunu, bu sahənin elmi əsaslarla inkişafının vacibliyini bildirərək toxumçuluq sahəsi üzrə assosiasiyaların yaradılmasını, toxumçuluq sisteminin elektron uçota keçirilməsi, bu sahədə struktur islahatlarının həyata keçirilməsinin, regional Aqrar Elm Mərkəzləri tərəfindən informasiya məsləhət xidmətinin yaxşılaşdırılmasının, bu sahədə şəffaflığa daha yüksək səviyyədə təmin etmək məqsədilə subsidiya alan toxumçuların ünvanları, torpaq sahələri, aldığı subsidiyanın miqdarı barədə məlumatların qısa zamanda nazirliyin internet səhifəsində yerləşdirilməsinin vacibliyini bildirdi.
Kollegiyada çıxış edən rayon toxum müfəttişləri yerlərdə mövcud olan problemlərdən danışmış, müvafiq təkliflər vermişlər.
Kollegiyaya yekun vuran nazir Heydər Əəsədov bu sahənin daha da inkişaf etdirilməsi üçün müvafiq tapşırıq və tövsiyələr verdi.
Kollegiyada kənd təsərrüfatı məhsulları istehsalçılarını yüksək reproduksiyalı və kondisiyalı toxum və tinglə təmin etmək məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və onun yerli qurumlarının maddi-texniki bazasının yaxşılaşdırılmasını, bu sahənin elmi əsaslarla inkişaf etdirilməsinin, toxumların təlimata uyğun sertifikatlaşdırılmasını, habelə toxumluq əkin sahələrində və toxum saxlanılan yerlərdə müvafiq bitki mühafizə tədbirlərinin həyata keçirilməsini təmin etmək məqsədilə nazirliyin müvafiq qurum və şöbələrinə tapşırıqlar verilmiş, 6 rayon toxum müfəttişinin təqaüdə göndərilməsi, 2 rayon toxum müfəttişinin isə vəzifələrinin öhdəsindən layiqincə gələ bilmədiyinə görə onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə qərar qəbul olunmuşdur.