KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək |

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİRKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq  Nəzarəti Xidməti tərəfindən “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr”ə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

İclasda kollegiya üzvləri, nazirliyin şöbə müdirləri, müvafiq qurumlarının rəhbərləri, Rayon Baytarlıq İdarələrlərinin rəisləri, alimlər və Zona Baytarlıq Laboratoriyalarının mütəxəssisləri iştirak etmişlər.

Kollegiyanı giriş sözü ilə açan nazir Heydər Əsədov “Baytarlıq şəhərciyi” kompleksində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Respublika Baytarlıq Laboratoriyasının və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun yeni inzibati binalarının müasir standartlara uyğun tikilməsində və ən yeni texnoloji avadanlıqlarla təchiz olunmasında, münbit iş şəraitinin yaradılmasında göstərdiyi diqqət və qayğıya görə baytarlıq sahəsində çalışan bütün əməkdaşlar adından dövlət başçısına minnətdarlığını bildirdi.

Nazir Heydər Əsədov Respublikada Ərzaq Təhlükəsizliyinin təmin olunmasında Baytarlıq Xidmətinin müstəsna rolunu qeyd edərək cənab Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərüfatı sahəsinin inkişafına xüsusi önəm verildiyini qeyd edərək ölkə başçısı tərəfiindən aqrar sahədə çalışan mütəxəssis və sahibkarlar qarşısıında mühüm vəzəfələr qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Kollegiyada qeyd olundu ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti Azərbaycan Respublikası ərazisində heyvanların müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən, ölkə ərazisinin  xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən qorunmasını təmin etməklə öz səlahiyyətləri daxilində heyvan mənşəli  məhsulların, xammalın, baytarlıq preparatlarının, yem və yem əlavələrinin idxalı, ixracı, istehsalı, emalı, tədarükü, daşınması, saxlanması  və satışına baytarlıq sanitariya  nəzarətini həyata keçirir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən  təsdiq  olunmuş  2015-ci il üçün epizootiya əleyhinə profilaktiki və diaqnostik tədbirlər planına əsasən il ərzində qarayara xəstəliyinə qarşı 2.931.768 baş iri buynuzlu, 7.516.383 baş xırda buynuzlu, 97.335 baş tək dırnaqlı heyvanlarda, dabaq xəstəliyinə qarşı 2.860.000 baş iri buynuzlu heyvanda, 4.830.660 baş xırda buynuzlu heyvanda, quduzluq xəstəliyinə qarşı 251.135 baş ev itlərində, Leptospiroz  xəstəliyinə qarşı 732.193 baş iri buynuzlu heyvanlarda, 424.644 baş xırda buynuzlu heyvanlarda, qoyunların çiçək  xəstəliyinə qarşı 7.810.180 baş davarlarda, Nodulyar dermatit  xəstəliyinə qarşı 2.178.145 baş iri buynuzlu heyvanda, həmçinin quşların Nyukasl xəstəliyinə qarşı 16.409.389 baş quşlarda H vaksini ilə, 26.085.244 baş quşlarda  isə La-Sota vaksini ilə profilaktiki peyvəndləmələr aparılmışdır.

Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1.090.629 baş iri buynuzlu, 299.235 baş xırda buynuzlu heyvanlardan, o cümlədən 138.444 baş qoçlardan qan nümunəsi alınaraq seroloji müayinə edilmişdir.

Bruselyoz xəstəliyinə qarşı 1.476.297 baş xırda buynuzlu cavan heyvanlarda Rev-1 vaksini ilə profilaktik peyvəndləmə  aparılmışdır. Bununla yanaşı, epididimit xəstəliyinə görə 104.241 baş törədici qoç, vərəm  xəstəliyinə  görə 355.287 baş iri buynuzlu  heyvanlar diaqnostik müayinəyə cəlb olunmuşdur.

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİRBaytarlıq-sanitariya tədbirlərinin yerinə yetirilməsi ilə əlaqədar dövlət baytarlıq nəzarəti obyektlərində 1448,1 min m2 ərazidə dezinfeksiya, 742,5 min m2 ərazidə isə dezinseksiya işləri həyata keçirilmişdir. 

Qida təhlükəsiz-liyi ilə əlaqədar olaraq 2015-ci il ərzində Respublika Baytarlıq Laboratori- yasında 14 834 ədəd bakterioloji, 106 958 ədəd kimya-toksikoloji, 20 573 ədəd virusoloji, 167 256 ədəd parazitoloji müayinə,1 765 080 ədəd dərinin askolizasiyası və 25 995 ədəd radioloji   və  preparatların qalıq miqdarı müayinə  edilmişdir.

2015-ci il ərzində dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli qida məhsulların təhlükəsizliyinin təmin olunması məqsədi ilə rayon (şəhər) baytarlıq idarələri və ticarət bazarlarında fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyaları (BSEL) tərəfindən aparılan müayinələr nəticəsində 13.060 kq iri buynuzlu heyvan əti və daxili orqanlarının, 5.192 kq  xırda  buynuzlu  heyvan  ətinin  və  daxili  orqanlarının, 3465 kq quş ətinin, 460 kq donuz  ətinin, 1.904 kq balığın, 4.227 kq süd və süd məhsullarının və 8.392 ədəd toyuq yumurtasının insan qidası üçün yararsız olması müəyyən edilərək baytarlıq qanunvericiliyinə əsasən müvafiq qaydada zərərsizləşdirilmişdir.

Bununla yanaşı, heyvan mənşəli ərzaq məhsullarının təhlükəsizliyi ilə əlaqədar keçirilən reydlər nəticəsində 23,1 ton toyuq budu və 25 tondan yuxarı mənşəyi məlum olmayan heyvan cəmdəkləri Respublika  Baytarlıq Laboratoriyasının  müvafiq baytarlıq-sanitariya ekspertizasına əsasən insan və heyvan sağlamlığına təhlükəli olduğundan qida üçün yararsız hesab edilərək Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən qanunvericiliyə uyğun zərərsizləşdirilmişdir.

2015-ci ilin  oktyabr ayının 10-dan noyabr ayının 10-a kimi Bakı şəhərində keçirilmiş bal yarmarkasına gətirilən bal və digər arı məhsullarının laboratoriya müayinəsi zamanı keyfiyyət göstəriciləri standartlara uyğun olmayan 17 tondan artıq bal satışdan kənarlaşdırılmışdır.

Reydlər  zamanı  zərərsizləşdirən, mənşəyi  məlum  olmayan, keyfiyyətsiz, qida  üçün  yararsız  olan  ət  məhsulları, keyfiyyətsiz  və  mənşəyi  məlum  olmayan  baytarlıq  preparatları  yalnız  Dövlət  Baytarlıq  Nəzarət  Xidmətinin  mütəxəssisləri tərəfindən  aşkarlanmışdır.

Kollegiyada Rayon Baytarlıq İdarəsinin rəislərinin hesabatları dinlənildi və mövcud nöqsanların qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verildi.

Kollegiyaya yekun vuran nazir Heydər Əsədov bu sahədə movcud nöqsanlardan danışmış, bu sahədə ciddi dönüş yaratmaq məqsədilə aşağıdakı tapşırıq və tövsiyələrini vermişdir:

 

  • Baytarlıq Nəzarəti Xidmətinin regionlardakı Baytarlıq sahə məntəqələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi,
  • mal-qara arasında peyvəndləmə işlərinin vaxtlı-vaxtında aparılması,
  • epizootik vəziyyətin sabitliyinə mütəmadi olaraq ciddi nəzarət olunması,
  • xəstəliklərin qarşısının vaxtında alınması üçün lazımi tədbirlərin həyata keçirilməsi,
  • süni mayalama mütəxəssislərinin hazırlanması, bu sahədə bacarıqların daha da artırılması,
  • ölkəmizə gətirilmiş cins heyvanlarda müalicə-profilaktik tədbirlərin vaxtında həyata keçirilməsində məsuliyyətin daha da gücləndirilməsi,
  • vətəndaşlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması,
  • idarəetmədə ciddi dönüş yaradılması,
  • kadr hazırlığı səviyyəsinin artırılması,
  • idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması üçün elektron sistemə keçirilməsinin sürətləndirilməsi,
  • sərhəd-keçid məntəqələrində baytarlıq və fitosanitar nəzarətinin gücləndirilməsi.

 

Nazir Heydər Əsədov Baytarlıq tədbirlərinin həyata keçirilməsində şəffaflığın təmin edilməsi üçün Rayon və Şəhər Baytarlıq İdarələrinin rəislərinə müvafiq tapşırıq və tövsiyələrini verdi.

Kollegiyanın qərarına əsasən işdə ciddi nöqsanlara yol verdiyinə görə 4 rayon və Bakı şəhər Baytarlıq İdarəsinin rəisləri, həmçinin Dəmir Yolunda Baytarlıq Nəzarəti İdarəsinin rəisi işdən azad edilmiş, 2 Rayon Baytarlıq İdarəsinin rəisləri yaş həddinə görə təqaüdə göndərilmiş, 1 Rayon və 1 Şəhər Baytarlıq İdarəsinin rəisləri ilə səhhətlərində yaranmış problemlərlə əlaqədar üzərlərinə düşən vəzifələri icra edə bilmədiklərinə görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 4 Rayon, həmçinin Gəncə və Mingəçevir şəhər Baytarlıq İdarələrinin rəislərinə şiddətli töhmət, 3 rayon  Baytarlıq İdarəsinin rəisinə  töhmət elan edilmişdir.