NAZİR HEYDƏR ƏSƏDOV TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ İSMAYIL ALPER COŞKUN İLƏ GÖRÜŞMÜŞDÜR

Böyütmək | Kiçiltmək

NAZİR HEYDƏR ƏSƏDOV TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ İSMAYIL ALPER COŞKUN İLƏ GÖRÜŞMÜŞDÜRBu gün nazir Heydər Əsədov Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İsmail Alper Coşkun və bir qrup türk iş adamları ilə görüşmüşdür.

Görüşün məqsədi Türkiyə ilə Azərbaycan arasında aqrar sahədə ikitərəfli əməkdaşlığın perspektiv imkanlarının müzakirəsi olmuşdur.

NAZİR HEYDƏR ƏSƏDOV TÜRKİYƏNİN AZƏRBAYCANDAKI SƏFİRİ İSMAYIL ALPER COŞKUN İLƏ GÖRÜŞMÜŞDÜRNazir qonaqları səmimi salamlayaraq iki dost və qardaş ölkə arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı kənd təsərrüfatı sahəsində də mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu bildirmiş, ölkə başçısı İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan söhbət açmış, son vaxtlar ölkəmizdə aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat vermişdir.

Nazir Heydər Əsədov Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını qeyd etmiş və türk iş adamlarının Azərbaycanla aqrar sahədə əməkdaşlığı üçün perspektiv imkanların olduğunu vurğulamışdır.

Səfir İsmail Alper Coşkun səmimi qəbula görə təşəkkür etmiş, Azərbaycan və Türk iş adamları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirmişdir.