"AZƏRBAYCANDA FİTOSANİTAR NƏZARƏTİN VƏ DİAQNOSTİK XİDMƏTLƏRİN GÜCLƏNDİRİLMƏSİ" LAYİHƏSİNİN İCRAYA BAŞLAMASINA HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək |

"AZƏRBAYCANDA FİTOSANİTAR NƏZARƏTİN VƏ DİAQNOSTİK XİDMƏTLƏRİN GÜCLƏNDİRİLMƏSİ" LAYİHƏSİNİN İCRAYA BAŞLAMASINA HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİR10 fevral 2016 –cı il tarixdə Bakı şəhəri, Mariott Abşeron mehmanxa- nasında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə “Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi - MTF/AZE/007/STF” layihəsinin icraya başlanmasına həsr olunmuş Seminar keçirilmişdir.  

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Kənd Təsərrüfatı yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin (DFNX), Dövlət Gömrük Komitəsinin məsul işçiləri, FAO-nun və Beynəlxalq Bitki Karantini və Mühafizəsi Konvensiyası Katibliyinin əməkdaşları iştirak etmişdir.

Ümumdünya Ticarət Təşkilatının maliyyə dəstəyi ilə növbəti üç il ərzində həyata keçiriləcək layihənin əsas məqsədi ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı və ekosistemin mühafizəsi üçün fitosanitar nəzarətin təkmilləşdirilməsi məqsədilə Dövlət Fitosanitar Nəzarəti Xidməti və Dövlət Gömrük Komitəsi tərəfindən göstərilən nəzarət və diaqnostik xidmətlərin təminatının yaxşılaşdırılmasına dəstək verməkdir.

"AZƏRBAYCANDA FİTOSANİTAR NƏZARƏTİN VƏ DİAQNOSTİK XİDMƏTLƏRİN GÜCLƏNDİRİLMƏSİ" LAYİHƏSİNİN İCRAYA BAŞLAMASINA HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİRKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi cənab Camal Quliyev Dövlət Fitosanitar Nəzarət Xidmətinin fəaliyyətinin gücləndirilməsi və yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsi olaraq siyasi, iqtisadi və ekoloji sahələrdə əldə edilmiş uğurlara istinad etmiş, lakin bununla yanaşı hazırda bitki mənşəli məhsulların beynəlxalq ticarətinin inkişafı və regionda ölkələr arasında ticarət dövriyyəsinin artması zəminində ölkədə fitosanitar nəzarətin daha da  gücləndirilməsinə ehtiyacın olduğunu, ölkəyə yeni zərərvericilərin daxil olmasının böyük risk doğurduğunu vurğulamışdır. Bu baxımdan, ölkə ərazisinin zərərli orqanizmlərdən mühafizəsinin gücləndirilməsi, karantin zərərvericilərinin əmələ gəlməsi və yayılmasının qarşısının alınması sahəsində milli potensialın artırılmasına zərurətin olduğunu qeyd edərək FAO-nun dəstəyi ilə həyata keçiriləcək bu layihənin də məhz bu məqsədə/amala xidmət edəcəyini bildirmişdir.  

"AZƏRBAYCANDA FİTOSANİTAR NƏZARƏTİN VƏ DİAQNOSTİK XİDMƏTLƏRİN GÜCLƏNDİRİLMƏSİ" LAYİHƏSİNİN İCRAYA BAŞLAMASINA HƏSR OLUNMUŞ SEMİNAR KEÇİRİLMİŞDİRFAO-nun Azərbaycandakı Nümayəndəsi cənab Mustafa İmir tədbirin açılışında çıxış edərək, Azərbaycan Hökuməti ilə fitosanitar nəzarət, zərərvericilərin, pestisidlərin idarə edilməsi sahəsində mövcud sıx əməkdaşlıqdan, bu istiqamətdə FAO tərəfindən ölkədə həyata keçirilmiş  layihə və fəaliyyətlər barədə, həmçinin icrasına yeni başlanılan layihənin əsas hədəfləri və məqsədləri barədə məlumat vermişdir. Fitosanitar nəzarəti sahəsində riskin azaldılması məqsədilə ilk növbədə bu sahədə çalışan DFNX və gömrük mütəxəssislərinin peşə hazırlığının artırılması, diaqnostik xidmətlərin gücləndirilməsi, zərərverici risk analizlərinin aparılması, idxal və ixrac tənzimləmə sisteminin təkmilləşdirilməsinə ehtiyacın olduğunu qeyd etmişdir.

Layihənin 3 əsas komponenti vardır:

  1. Zərərvericilərin diaqnostikasının gücləndirilməsi: Bu məqsədə əsas diaqnostika avadanlıqlarının təchizatı, peşəkar işçi heyətə laboratoriya diaqnostikası sahəsində təlimlərin keçirilməsi, təkmilləşdirilmiş diaqnostika üçün strateji planın və laboratoriyalar üçün standart əməliyyat qaydalarının hazırlanması vasitəsilə nail olunması;
  2. Sərhəd məntəqələrində müfəttişlik və zərərvericilərin risk analizi sahəsində milli potensialın artırılması, bu sahədə prioritet qaydaların hazırlanması vasitəsilə idxal tənzimləmə sisteminin idarəedilməsinin təkmilləşdirilməsi;
  3. Təlimlərin keçirilməsi, idxalçı ölkələrin idxal tələbləri üzrə elektron məlumat bazasının yaradılması və ixracın sertifikatlaşdırılması üçün lazımi qaydaların hazırlanmasının dəstəklənməsi ilə Azərbaycanda fitosanitar karantin baxışının və ixrac sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi.

Seminarda layihənin məqsədləri, hədəfləri və gözlənilən nəticələri barədə təqdimat edilmiş, tədbir iştirakçıları ilə birlikdə müzakirələr əsnasında layihənin icra mexanizmi və iş planı razılaşdırılmışdır.