NAZİR HEYDƏR ƏSƏDOV MACARISTAN RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək |

NAZİR HEYDƏR ƏSƏDOV MACARISTAN RESPUBLİKASININ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜBBu gün nazir Heydər Əsədov  Macarıstan Xarici İşlər və Ticarət Nazirinin müavini  Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə  heyətini qəbul etmişdir. Görüşün əsas məqsədi Azərbaycan Dövlət Aqrar Universiteti ilə Macarıstanın Kapoşvar Universiteti arasında, eləcə də iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olmuşdur. 

Qonağı səmimi salamlayan nazir Heydər Əsədov Macarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və bu   görüşün kənd təsərrüfatı sahəsində də əlaqələrin genişlənməsinə təkan verəcəyini qeyd etdi. Nazir Azərbaycanda kənd təsərrüfatında, xüsusilə də aqrar təhsil sahəsində aparılan islahatlar, Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazasının gücləndirilməsi, kadr hazırlığı, laboratoriyaların müasir avadanlıqlarla təchizatı, tələbələrin bu sahəyə marağının artırılması üçün stimullaşdırıcı tədbirlərin görülməsi, yeni müasir tipli yataqxanaların inşası, tələbələrin bir çox xarici ölkələrdə təcrübə keçməsi barədə geniş məlumat verdi.

Nazir Azərbaycanda macar iş adamları üçün əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdıraraq fitosanitar sahəsində hazırlanmış niyyət protokolunun imzalanmasının vacibliyini bildirdi, ADAU ilə Macarıstanın Kapoşvar Universiteti arasında aqrar sahədə tələbə mübadiləsinin  aparılmasını məqsədəuyğun hesab etdi.

Cənab Jolt Çutora səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycanlı tələbələrin Macarıstan Aqrar Universitetlərində təhsil alması və bu barəədə müvafiq sənədlərin müzakirə olunub imzalanması üçün lazımi dəstək verəcəyini diqqətə çatdıırdı.

Macarıstanın  Azərbaycan Respublikasındakı səfiri İmre Laslotski iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirdi.