KARTOF GÜVƏSİ İLƏ SİRAYƏTLƏNMİŞ 24 TON KARTOF MƏHSULU DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNİN FUMİQASİYA DƏSTƏSİNİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN ZƏRƏRSİZLƏŞDİRİLİB

Böyütmək | Kiçiltmək |

KARTOF GÜVƏSİ İLƏ SİRAYƏTLƏNMİŞ 24 TON KARTOF MƏHSULU DÖVLƏT FİTOSANİTAR NƏZARƏTİ XİDMƏTİNİN FUMİQASİYA DƏSTƏSİNİN ƏMƏKDAŞLARI TƏRƏFİNDƏN ZƏRƏRSİZLƏŞDİRİLİBKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən İran İslam Respublikasından Azərbaycana idxal olunan 24 ton kartof məhsulunda "kartof güvəsi" aşkar edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzində “Divo CO” MMC tərəfindən qonşu ölkədən Azərbaycana idxal olunan kartof məhsulu üzərində ekspertiza həyata keçirilib.

Ekspertiza zamanı məhsulun Azərbaycan üçün karantin tətbiq edilən zərərverici olan kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə sirayətləndiyi aşkar edilib.

Karantin tətbiq edilən orqanizm aşkar edilən 24 ton məhsul Dövlət Xidmətinin Fumiqasiya dəstəsinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Eyni zamanda, karantin tətbiq edilən zərərli orqanizmin aşkar edilməsi ilə bağlı hazırlanan müvafiq məlumat dərhal İran İslam Respublikasının Milli Bitki Mühafizəsi Təşkilatına da göndərilib.

Qeyd edək ki, kartof güvəsi kartof da daxil olmaqla, quşüzümü fəsiləsinə aid bir çox bitkilər üçün (pomidor, bibər, badımcan, tütün və s.) təhlükəli zərərvericidir.