GÜRCÜSTAN RESPUBLİKASINDAN XIRDABUYNUZLU HEYVANLARIN GƏTİRİLMƏSİNƏ QADAĞA QOYULMUŞDUR

Böyütmək | Kiçiltmək |

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) 2016-cı il 8 fevral tarixli məlumatına əsasən Gürcüstanın Tbilisi şəhəri yaxınlığında yerləşən Varketili ərazisində xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyi qeydə alınmışdır.

Azərbaycan Respublikası ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və ekzotik xəstəliklərdən qorunması məqsədi ilə taun xəsətəliyinin qeydə alındığı Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulmasına zərurət yaranmışdır. Bununla əlaqədar, "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.7-ci maddəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətiinin 2016-cı il 11 fevral tarixli 04 nömrəli əmrinə uyğun olaraq Gürcüstanın Varketili ərazisindən və risk zonasına daxil olan ərazilərdən diri iribuynuzlu və xırdabuynuzlu heyvanların idxalına müvəqqəti məhdudiyyət qoyulmuşdur.

Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən taun xəstəliyinin ölkəmizin ərazisinə keçməsinin qarşısını almaq məqsədi ilə zəruri tədbirlərin görülməsi üçün "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunmuşdur.