NAZİR HEYDƏR ƏSƏDOV LATVİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR HEYDƏR ƏSƏDOV LATVİYANIN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞÜBBu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Latviya Respublikasının Azərbaycan Respublika- sındakı yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Yuris Maklakovsla görüşüb.

Qonağı salamlayan nazir Heydər Əsədov iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, Azərbaycanda  aqrar sahədə həyata keçirilən institusional islahatlar barədə geniş məlumat vermişdir. Nazir iki ölkə arasında aqrar sahədə, o cümlədən baytarlıq və fitosanitariya, heyvandarlıq, xüsusilədə damazlıq və seleksiya sahələrində əməkdaşlığın mövcud vəziyyəti və perspektiv imkanları barədə danışmışdır.   

Səmimi qəbula görə təşəkkür edən səfir Yuris Maklakovs iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənməsi üçün öz səylərini əsirgəməyəcəyini vurğulamışdır.