NAZİR HEYDƏR ƏSƏDOV YEVLAX RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək |

NAZİR HEYDƏR ƏSƏDOV YEVLAX RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 25-də Yevlax şəhərində Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb.

Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, torpaq mübahisələrinin həllinə kömək, su problemi, özəl aqroservislərin yaradılmasına dəstək verilməsi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

NAZİR HEYDƏR ƏSƏDOV YEVLAX RAYONUNDA VƏTƏNDAŞLARLA GÖRÜŞÜBNazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Heydər Əsədov sakinlərlə görüş zamanı dövlət başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan danışıb, kənd təsərrüfatının inkişafı ilə bağlı Sərəncam və tapşırıqları şərh edib, pay torpaqlarının birləşdirilməsi, korporativlərin yaradılmasının vacibliyini vurğulayıb.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə hərillini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.