BƏRDƏ RAYONUNDA REGİONAL MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək |

BƏRDƏ RAYONUNDA REGİONAL MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Bərdədə Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “Yaz tarla işlərinə hazırlıq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda regional müşavirə keçirilib.

Müşavirədə nazirliyin Bitkiçilik şöbəsinin, nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Aqrar Universitetin, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Zərdab, Beyləqan, Füzuli, Goranboy, Yevlax, Ucar, Kürdəmir rayonlarında fəaliyyət göstərən yerli qurumların və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də 300-ə yaxın fermer və sahibkar iştirak edib.

BƏRDƏ RAYONUNDA REGİONAL MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov “Yaz tarla işlərinin vaxtında və keyfiyyətlə aparılmasının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində rolu” mövzusunda təqdimatla çıxış edərək, kənd təsərrüfatı bitkiləri üçün tövsiyə olunan müasir becərmə texnologiyalarının tətbiqinin vacibliyindən danışıb, payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı mübarizə və digər torpaq becərmə işlərinin optimal müddətdə aparılmasının gələcək yüksək məhsulun təməlinin qoyulmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov “Taxıl toxumçuluğu sahələrində aqrotexniki qulluq işlərinin təşkili” mövzusunda çıxış edərək, toxumluq sahələrə gübrələrin verilməsi və alaq otlarına qarşı səmərəli mübarizə aparılmasından söhbət açıb.

BƏRDƏ RAYONUNDA REGİONAL MÜŞAVİRƏ KEÇİRİLMİŞDİRTədbirdə əkinlərin elmi əsaslarla aparılmasının üstünlüyü, yeni taxıl sortlarının məhsuldarlığı, taxıl toxumçuluğu, “Aqrolizinq” ASC tərəfindən texniki təminatın yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər, həmçinin zərərli orqanizmlərlə mübarizə işinin düzgün təşkili və sair ilə bağlı çıxışlar edilib, mövcud problemlər və onların həlli yolları barədə geniş fikir mübadiləsi aparılıb.

Sonra mütəxəssis və fermerlər taxıl sahələrinə gələrək bitkilərə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı kimyəvi mübarizə və səpinqabağı becərmədə istifadə olunan müxtəlif təyinatlı müasir kənd təsərrüfatı texnikaları ilə tanış olublar.

Fermerlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran məsələlər izah olunub, əkin sahələrinin lazımi səviyyədə becərilməsi üçün tövsiyələr verilib.