NAZİR HEYDƏR ƏSƏDOV AĞCABƏDİ RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

Böyütmək | Kiçiltmək |

NAZİR HEYDƏR ƏSƏDOV AĞCABƏDİ RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİBAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.

Kənd təsərrüfatı naziri Heydər Əsədov martın 11-də Ağcabədidə Ağdam, Ağcabədi, Bərdə, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir Heydər Əsədov və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyublar.

NAZİR HEYDƏR ƏSƏDOV AĞCABƏDİ RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİBNazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan artıq vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikası ilə təminat, təsərrüfat suyu ilə təminat, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qəbulda nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.