BEYLƏQAN RAYONUNDA ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək |

BEYLƏQAN RAYONUNDA ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLMİŞDİR14 mart 2016-cı il tarixində Beyləqan rayonunda “Taxıl əkinlərində yaz qulluq işlərinin vaxtında aparılması məhsuldarlığı şərtləndirən başlıca amillərdəndir mövzusunda elmi-praktiki seminar keçirilmişdir. Seminarda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin, Beyləqan Regional  Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşları iştirak etmişlər.  

Seminarı giriş sözü ilə açan Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Rəsul Balayev seminar iştirakçılarını salamlayaraq kənd təsərrüfatı sahəsində informasiya-məsləhət xidmətinin təşkili barədə ətraflı məlumat vermişdir.

Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin İnformasiya-məsləhət xidməti və aqrar sektora texniki dəstək şöbəsinin müdir müavini Leyli Ağayeva “İnformasiya- məsləhət xidmətinin aqrar sahədə rolu” mövzusunda çıxış etmişdir.

BEYLƏQAN RAYONUNDA ELMİ-PRAKTİKİ SEMİNAR KEÇİRİLMİŞDİRDaha sonra Beyləqan Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru Əli Ələsgərov “Taxıl əkinlərində aqrotexniki qulluq işlərinin təşkili”, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai- “Yeni taxıl sortlarının potensial məhsuldarlığı və ona təsir  edən amillər”, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun xəstəlik və zərərvericilərə nəzarət laboratoriyasının müdiri Namilə Əzizova “Taxıl əkinlərində alaqlara və zərərvericilərə qarşı mübarizə tədbirlərinin düzgün təşkilinin əhəmiyyəti” mövzularında çıxış edərək seminar iştirakçılarına geniş məlumat vermişlər.   

Məruzələrdən sonra seminar iştirakçılarının sualları müvafiq qaydada cavablandırılmışdır. Seminar öz işini sahə nümayişi ilə davam etdirmiş və iştirakçılara taxıl əkinlərində yaz qulluq işlərinin vaxtında aparılması barədə əhəmiyyətli praktiki bilgilər verilmişdir.