ÖLKƏMİZƏ YÜKSƏK KEYFİYYƏTLİ BARAMA TOXUMU GƏTİRİLMİŞDİR

Böyütmək | Kiçiltmək

ÖLKƏMİZƏ YÜKSƏK KEYFİYYƏTLİ BARAMA TOXUMU GƏTİRİLMİŞDİR
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, Azərbaycanda qədim ənənələrə malik ipəkçiliyin dirçəldilməsi dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilmişdir.

Ölkə Prezidentinin tapşırığına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mövcud vəziyyət nəzərə alınmaqla ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

ÖLKƏMİZƏ YÜKSƏK KEYFİYYƏTLİ BARAMA TOXUMU GƏTİRİLMİŞDİRBarama toxumunun alınması məqsədilə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov İran İslam Respublikasının Rəşt şəhərində yerləşən Barama toxumu istehsalı müəssisəsində olmuş, toxumun alınması və respublikaya gətirilməsi ilə bağlı müzakirələr aparmış və eyni zamanda  İranın Gilan Əyalətinin valisi doktor Nəcəfi ilə görüş keçirilmişdir. Həmçinin nazir müavini yerli televiziya kanalına müsahibə vermişdir.

İran İslam Respublikasından tədarük edilmiş yüksək keyfiyyətli barama toxumları ölkəmizə gətirilərək 14 aprel tarixində Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuşdur. Stansiyada toxumların inkubasiyayası nəticəsində əldə olunacaq barama qurdlarının 26 aprel 2016-cı il tarixdə rayonlar üzrə müəyyənləşdirilmiş bölgü əsasında bəslənilməsi üçün kümçülərə ödənişsiz olaraq paylanılması planlaşdırılır.