İNKUBASİYA MÜDDƏTİ BAŞA ÇATMIŞ TOXUMLARDAN ALINAN İPƏKQURDLARI BƏSLƏNİLMƏSİ ÜÇÜN FERMERLƏRƏ ÖDƏNİŞSİZ OLARAQ PAYLANILACAQDIR

Böyütmək | Kiçiltmək

İNKUBASİYA MÜDDƏTİ BAŞA ÇATMIŞ TOXUMLARDAN ALINAN İPƏKQURDLARI BƏSLƏNİLMƏSİ ÜÇÜN FERMERLƏRƏ ÖDƏNİŞSİZ OLARAQ PAYLANILACAQDIRKənd Təsərrüfatı Nazirliyi tərəfindən İran İslam Respublikasından və Çin Xalq Respublikasından yüksək keyfiyyətli barama toxumları tədarük edilərək ölkəyə gətirilmiş və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuşdur.

Stansiyada inkubasiya müddəti başa çatmış toxumlardan alınan qurdlar bəslənilməsi üçün 27 aprel  2016-cı il tarixində müəyyənləşdirilmiş bölgü əsasında Ağcabədi, Ağdaş, Bərdə, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Yevlax və Zərdab rayonlarından olan kümçülərə ödənişsiz olaraq paylanılacaqdır.

Kümçüləri maarifləndirmək məqsədilə barama qurdlarının Qax Damazlıq İpəkçilik Stansiyasından təhvil alınması zamanı onlara ipəkqurdunun bəslənməsinə dair DVD disk, buklet və yaddaş vərəqələri veriləcəkdir.