AKADEMİK SİDDİQƏ  MƏMMƏDOVA HƏSƏN BƏY  ZƏRDABİ  ADINA MÜKAFATA  LAYİQ GÖRÜLÜB

Böyütmək | Kiçiltmək |

AKADEMİK SİDDİQƏ  MƏMMƏDOVA HƏSƏN BƏY  ZƏRDABİ  ADINA MÜKAFATA  LAYİQ GÖRÜLÜBAzərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın görkəmli alimlərin adlarını daşıyan mükafatlar təqdim olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının adlı mükafatları üzrə müsabiqəsinin Rəyasət Heyətinin 17 fevral 2016-cı il tarixli qərarı ilə alimlərin sözügedən mükafatlara layiq görülməsi barədə qərar qəbul olunub.

Qeyd olunan qərara əsasən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru akademik Siddiqə  Məmmədova  bitkilərin mühafizəsi və bitki xəstəliklərinin tədqiqi sahəsindəki silsilə əsərlərinə görə  AMEA-nın Həsən  bəy  Zərdabi  adına mükafatına  layiq görülüb.

Mükafatlar Azərbaycan Milli Elmlər Akademiyasının 29 aprel 2016-cı il tarixində keçirilən Ümumi yığıncağında təqdim olunub.