BARAMA QURDLARININ BƏSLƏNİLMƏSİNDƏ KÜMÇÜLƏRƏ KÖMƏKLİK GÖSTƏRMƏK MƏQSƏDİ İLƏ MÜTƏXƏSSİSLƏRDƏN İBARƏT İŞÇİ  QRUP RAYONLARA EZAM EDİLMİŞDİR

Böyütmək | Kiçiltmək

BARAMA QURDLARININ BƏSLƏNİLMƏSİNDƏ KÜMÇÜLƏRƏ KÖMƏKLİK GÖSTƏRMƏK MƏQSƏDİ İLƏ MÜTƏXƏSSİSLƏRDƏN İBARƏT İŞÇİ  QRUP RAYONLARA EZAM EDİLMİŞDİRAzərbaycan- da ipəkçiliyin dirçəldilməsinə dair ölkə Prezidenti cənab İlham  Əliyevin tapşırıqla- rına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublika- mızda ipəkçiliyin müasir infrastruk- turunun yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Qeyd olunan tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 1750 qutu yüksək keyfiyyətli barama toxumları tədarük edilmiş, Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulmuşdur. Həmin barama toxumlarından 99-100 faiz səviyyəsində çıxış alınaraq, yüksək keyfiyyətli barama qurdları əldə edilmiş və bölgü əsasında, ödənişsiz qaydada respublikamızın 23 rayonunun kümçülərinə paylanılmışdır.

Barama qurdlarının kümçülərə paylanılması zamanı baramaçılar ipəkqurdunun bəslənməsinə dair müxtəlif videodisklər, bukletlər, metodiki vəsaitlər, yaddaş vərəqələri  və digər maarifləndirici materiallar ilə təmin olunmuşlar.

Hazırda bölgələrdə tut ipəkqurdlarının bəslənilməsi prosesinə başlanılmışdır. Barama qurdlarının bəslənilməsində  kümçülərə metodoki və əməli köməklik göstərmək məqsədi ilə Nazirliyin əməkdaşlarından, müvafiq elmi-tədqiqat institutlarının, Qax Damazlıq İpəkçilik Stansiyasının və “Şəki İpək” ASC-nin mütəxəssislərindən ibarət  xüsusi işçi qrup yaradılmış və işçi qrupun üzvləri barama qurdlarının yemləndirilməsində qarşıya çıxan  çətinliklərin həll edilməsində kümçülərə əməli köməklik göstərmək və bu sahədə onların maarifləndirilməsi məqsədi ilə rayonlara ezam edilmişlər.