NAZİR HEYDƏR ƏSƏDOV BELARUS RESPUBLİKASININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ AXRAMOVİÇ GENNADİ VLADİMİROVİÇLƏ GÖRÜŞMÜŞDÜR

Böyütmək | Kiçiltmək

NAZİR HEYDƏR ƏSƏDOV BELARUS RESPUBLİKASININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ AXRAMOVİÇ GENNADİ VLADİMİROVİÇLƏ GÖRÜŞMÜŞDÜRMay ayının 14-də Azərbaycan Respublikası kənd təsərrüfatı naziri Heydər Əsədov Belarus Respublikasının Azərbaycan Respublikasın- dakı Fövqəladə və Səlahiyyətli səfiri Axramoviç Gennadi Vladimiroviçlə görüşmüşdür.

Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsinin müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarının müzakirəsi olmuşdur.

Nazir Heydər Əsədov qonağı səmimi salamlayaraq iki dost ölkə arasında siyasi, iqtisadi həmçinin kənd tərrüfatı sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu vurğulamışdır. Nazir ölkə başçısı İlham Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin  hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat vermişdir. Nazir Heydər Əsədov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nəzərə çatdırmış və ölkəmizdə  kənd təsərrüfatı sahəsində həyata keçirilən institutsional islahatlar barədə geniş məlumat vermişdir.

Nazir Heydər Əsədov Azərbaycanda Belarusiya  ilə kənd təsərrüfatı texnikası sahəsində  əməkdaşlığa böyük önəm verildiyini vurğulamışdır.

Nazir iqtisadiyyatın bütün sahələrində əlaqələrin genişlənməsinin hər iki ölkə arasında kənd təsərrüfatı sahəsində də əməkdaşlığa öz töhfəsini verəcəyinə əminliyini bildirmişdir.

Belarus Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Axramoviç Gennadi Vladimiroviç iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin daha da inkişaf etdirmək üçün öz səylərini əsirgəməyəcəyini bildirmişdir.