KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV İRANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ MAHMUD HÖCCƏTİ İLƏ GÖRÜŞÜB 

Böyütmək | Kiçiltmək

KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV İRANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ MAHMUD HÖCCƏTİ İLƏ GÖRÜŞÜB 
Bakıda səfərdə olan İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyəti mayın 16-də Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV İRANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ MAHMUD HÖCCƏTİ İLƏ GÖRÜŞÜB 
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccətinin başcılıq etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşüblər. Görüşdə Azərbaycan və İran arasında kənd təsərrüfatı sahəsinin müxtəlif sahələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanın İranla ənənəvi olaraq iqtisadi, siyasi, humanitar və digər sahələrdə geniş əlaqələrə malik olduğunu vurğulayaraq kənd təsərrüfatı sahəsində də əlaqələrin daha da genişləndirməyin vacibliyini qeyd edib.

Nazir Heydər Əsədov nəzərə çatdırıb ki, İran aqrar sektorun inkişafı istiqamətində də böyük təcrübəyə malikdir və ölkə əhalinin ərzaq məhsulları ilə tələbatını tam olaraq ödəyir. Bu baxımdan Azərbaycan üçün bu sahədə qonşu ölkə ilə təcrübə mübadiləsi və aqrar sektorda işlərin təşkili ilə əlaqədar müzakirələr aparmaq zəruridir.

Nazir Azərbaycanın kənd təsərrüfatı sahəsində əlverişli investisiya mühitinin olduğunu, İran iş adamları üçün Azərbaycanda lazımı şəraitin yaradılacağını diqqətə çatdırıb. Nazir Heydər Əsədov heyvandarlıq, bitkiçilik, toxumçuluq, baramaçılıq, pambıqçılıq, tütünçülük, elm-təhsil sahələrində İranla əməkdaşlığa önəm verdiklərini vurğulayıb.

KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV İRANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ MAHMUD HÖCCƏTİ İLƏ GÖRÜŞÜB 
İran İslam Respublikasının kənd təsərrüfatı naziri Mahmud Höccəti Azərbaycanın Cənubi Qafqazda çox önəmli bir dövlət olduğunu, eləcə də əlverişli coğrafi məkanda yerləşdiyini nəzərə alaraq ölkəmizlə bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

Nazir Mahmud Höccəti qeyd edib ki, Azərbaycanla artıq baytarlıq sahəsində sənəd imzalanıb, digər sahələrdə də müvafiq sənədlər imzalanacaq.

Onun sözlərinə görə, əkinçilik İranın kənd təsərrüfatının əsas sahələrindən biridir. Hazırda İran zəfəran kimi kənd təsərrüfatı bitkisinin iri istehsalçı ölkələri sırasında aparıcı yer tutur. Ümumilikdə əkin sahələri İran ərazisinin 10,5 faizini təşkil edir. Kənd təsərrüfatının digər əhəmiyyətli sahəsi isə heyvandarlıqdır. Heyvandarlıq ölkənin kənd təsərrüfatı məhsullarının 37 faizi həcmindədir.

Ölkədə suvarma ənənəvi (yeraltı kanallar, kəhrizlər) və müasir irriqasiya metodları ilə aparılır. Ötən il 2 milyon hektardan çox ərazidə yeni suvarma sistemləri tətbiq edilib. Buraya daha 4 milyon hektar torpaq sahəsinin əlavə edilməsi nəzərə tutulub.

KƏND TƏSƏRRÜFATI NAZİRİ HEYDƏR ƏSƏDOV İRANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ MAHMUD HÖCCƏTİ İLƏ GÖRÜŞÜB Nəzərə çatdırılıb ki, İranda sahələrin suvarılması istiqamətində müəyyən su çatışmazlığı olduğundan sudan səmərəli istifadə edilir. Belə ki, fermer və kəndlilər tərəvəz, göyərti və toxumları əsasən istixanalarda yetişdirirlər.

Mahmud Höccəti İranın Azərbaycanda kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı müştərək müəssisələr yaratmaq niyyətində olduğunu diqqətə çatdırıb. Onun fikrincə, ölkələr arasında belə səmərəli əməkdaşlıq müsbət nəticələr verəcək. İran artıq Rusiya, Qazaxıstan və Braziliya ilə bu sahədə əməkdaşlıq əlaqələri qurub.

Sonda KİV-lər üçün mətbuat konfransı keçirilib və hər 2 nazir mətbuat nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.

May ayının 17-də isə işçi qrupları səviyyəsində kənd təsərrüfatının müxtəlif sahələri üzrə müzakirələrin aparılması qərara alınıb.