CASPİAN AGRO-2016 SƏRGİSİNDƏ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ FERMERLƏRƏ ELEKTRON XİDMƏTLƏR GÖSTƏRƏCƏK

Böyütmək | Kiçiltmək

CASPİAN AGRO-2016 SƏRGİSİNDƏ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ FERMERLƏRƏ ELEKTRON XİDMƏTLƏR GÖSTƏRƏCƏKMayın 19-dan 21-dək Bakı Ekspo Mərkəzdə keçiriləcək Caspian Agro-2016 Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində Kənd Təsərrüfatı Nazirliyi bir sıra yenilikləri ilə yanaşı, sərgi iştirakçılarına elektron kənd təsərrüfatı xidmətlərindən istifadə qaydalarını da nümayiş etdirəcək. Nazirliyin müvafiq informasiya sistemləri və elektron xidmətləri  – Subsidiya və siyasətə dair informasiya sistemi, Aqrolizinq informasiya sistemi, kənd təsərrüfatı texnikalarının və sürücülük vəsiqələrinin qeydiyyatı sistemləri sərgi müddətində fermerlərə xidmət göstərəcək. 

Kənd təsərrüfatı ilə məşğul olan şəxslər fermerlərin reyestrində qeydiyyatdan keçmək, kənd təsərrüfatı texnikasının, cins heyvanların, subsidiyaların alınması üçün onlayn xidmətlər, kənd təsərrüfatı texnikalarının qeydiyyatı, sürücülük vəsiqəsinin alınması və dəyişdirilməsi xidmətlərindən istifadə edə biləcəklər. 

Nazirliyin stendində kənd təsərrüfatlı təyinatlı torpaqların coğrafi məlumatlar bazası əsasında hər bir rayon üzrə torpaqların təyinatına və məqsədli istifadə növünə görə bölgüsü üzrə rəqəmsal xəritə vizualizasiyası, torpaqlar üzrə statistik məlumatlar,  yeni ortofotoxəritələrin yaradılması layihəsi haqqında təqdimatlar və ətraflı məlumatlar  bütün sərgi iştirakçılarına nümayiş etdiriləcək.