22-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ QİDA SƏNAYESİ "WORLDFOOD AZERBAİJAN 2016" VƏ 10-CU YUBİLEY AZƏRBAYCAN BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI “CASPİAN AGRO 2016” SƏRGİLƏRİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

22-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ QİDA SƏNAYESİ "WORLDFOOD AZERBAİJAN 2016" VƏ 10-CU YUBİLEY AZƏRBAYCAN BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI “CASPİAN AGRO 2016” SƏRGİLƏRİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB
May ayının 19-da 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2016" və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2016” sərgilərinin rəsmi açılış mərasimi keçirilib. Sərginin açılışında ABŞ, və sıra ölkələrin səfirləri, Belarus Respublikasının Baş nazirinin müavini, Gürcüstan Respublikasının kənd təsərrüfatı naziri iştirak ediblər.

Açılış mərasimində çıxış edən nazir Heydər Əsədov bütün iştirakçıları salamlayıb və sərginin açılışı münasibəti təbriklərini çatdırıb.

22-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ QİDA SƏNAYESİ "WORLDFOOD AZERBAİJAN 2016" VƏ 10-CU YUBİLEY AZƏRBAYCAN BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI “CASPİAN AGRO 2016” SƏRGİLƏRİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİBNazir Heydər Əsədov bildirib ki, qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzindədir və bunun da nəticəsində respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli nailiyyətlər əldə olunub.

Nazir qeyd edib ki, 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan edilməsi, 2014-cü ildən etibarən Azərbaycanda aqrar islahatların yeni inkişaf mərhələsinin başlaması cənab Prezident tərəfindən verilən siyasi qərarların 22-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ QİDA SƏNAYESİ "WORLDFOOD AZERBAİJAN 2016" VƏ 10-CU YUBİLEY AZƏRBAYCAN BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI “CASPİAN AGRO 2016” SƏRGİLƏRİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİBməntiqi davamıdır və aqrar sektorda institusional strukturun və idarəetmənin təkmilləşdi- rilməsi, eləcə də innovativ dəyişikliklərə təkan verəcək digər tədbirlərin həyata keçirilməsinə göstəriş verilməsi bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələsinə keçid üçün əsas yaradıb.

Nazir Heydər Əsədov Azərbaycanın bir sıra strateji məhsullara olan tələbatının yerli istehsal hesabına tam ödənilməsini və ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığının azalmasını aqrar sahədə aparılan uğurlu islahatların mühüm nəticələrindən biri  kimi qiymətləndirib. Bildirib ki, aqrar sektorda yüksək texnoloji 22-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ QİDA SƏNAYESİ "WORLDFOOD AZERBAİJAN 2016" VƏ 10-CU YUBİLEY AZƏRBAYCAN BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI “CASPİAN AGRO 2016” SƏRGİLƏRİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİBemal və istehsal müəssisələrinin qurulması qida sənayesi və kənd təsərrüfatı məhsullarının ixrac həcmlərinin artmasına səbəb olub.  

Sərginin əhəmiyyətindən danışan nazir Heydər Əsədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın diversifikasiyası kontekstində kənd təsərrüfatı və qida sənayesi sahələrində əldə edilmiş nailiyyətlərin nümayiş etdirilməsində, yerli kənd təsərrüfatı və qida məhsullarımızın ixracının təşviq olunmasında, mütərəqqi təcrübələrin və texnologiyaların ötürülməsində, ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin gücləndirilməsində, eləcə də milli, regional və qlobal səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin edilməsində bu sərginin müstəsna rolu olduğunu diqqətə çatdırıb.

22-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ QİDA SƏNAYESİ "WORLDFOOD AZERBAİJAN 2016" VƏ 10-CU YUBİLEY AZƏRBAYCAN BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI “CASPİAN AGRO 2016” SƏRGİLƏRİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB
Nazir vurğulayıb ki, belə mühüm tədbirlərin ölkəmizdə davamlı olaraq keçirilməsi Azərbaycanda aqrar sektorda əlverişli investisiya mühitinin və cəlbedici təşəbbüslərin beynəlxalq işgüzar dairələrə çatdırılmasında, dünya iqtisadiyyatına inteqrasiyanın sürətləndirilməsində, təcrübə mübadiləsində və qlobal tərəfdaşlığın qurulmasında önəmli rol oynayır.

Nazir Heydər Əsədov bu il sərgidə dünyanın 34 ölkəsindən 313 şirkətin iştirak etdiyini və bunun da sərginin təşkil olunduğu illər ərzində rekord göstərici olduğunu vurğulayıb.

Qeyd edib ki, bu il sərginin ümumi ekspozisiyasının 33 faizini yerli şirkətlər, 67 faizini isə xarici şirkətlər təşkil edir.

Nazir çıxışının sonunda sərginin işinə uğurlar arzulayıb.

22-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ QİDA SƏNAYESİ "WORLDFOOD AZERBAİJAN 2016" VƏ 10-CU YUBİLEY AZƏRBAYCAN BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI “CASPİAN AGRO 2016” SƏRGİLƏRİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİBSərginin gedişində “Məhsul gübrənin törəməsidir” adlı beynəlxalq konfrans təşkil olunub. Konfransı giriş sözü ilə nazir Heydər Əsədov açıb. Bildirib ki, ötən il Azərbaycanda 152 min ton gübrə istifadə olunub.

Nazir nəzərə çatdırıb ki, son 2-3 il ərzində aqrar sektorda müsbət istiqamətdə dəyişikliklər baş verib. İnkişafın yeni mərhələsinə start verilib.

Nazir qeyd edib ki, aqrar sektorda mövcud problemlərin həlli və inkişafının şaxələndirilməsi üçün tədbirlər görülür. Pambıqçılıq, ipəkçilik, tütünçülük sahələrinin inkişafına xüsusi diqqət ayrılır.

"Biz burada gübrələrdən istifadə və gübrə sahəsində digər problemlərin həll edilməsi üçün müzakirələr aparırıq. Alimlərimizin hesablamalarına görə, Azərbaycanda kənd təsərrüfatına gübrə olan ehtiyac 1 milyon ton həcmindədir. Biz bunun 16-17 faizini ödəyə bilirik. Buna baxmayaraq gübrələrin həcmini artırmağa çalışırıq. Belə ki, 2014-cü ildə 85 min ton gübrə istifadə olunduğu halda ötən il bu rəqəm 152 min ton təşkil edib", - deyə nazir Heydər Əsədov vurğulayıb.

Dövlət tərəfindən istehlakçılara göstərilən güzəştlərdən bəhs edən nazir texnika, suvarma avadanlığından istifadə, damazlıq heyvanların alınması və digər sahələrdə dövlət tərəfindən 40 faiz güzəştin tətbiq olunduğunu qeyd edib.

22-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ QİDA SƏNAYESİ "WORLDFOOD AZERBAİJAN 2016" VƏ 10-CU YUBİLEY AZƏRBAYCAN BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI “CASPİAN AGRO 2016” SƏRGİLƏRİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİBKonfransda “Mineral gübrələr bazarının ümumi tendensiyaları və ölkə bazarının dövlət tənzimlənməsi”, “Ümumdünya Ticarət Təşkilatı və kənd təsərrüfatının inkişafı”, “Kənd təsərrüfatı məhsullarının istehsalçılarının mineral gübrələrə tələbatı və perspektivlər”, “Mineral gübrələrə tələbat və Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət dəstəyi”, “Mineral gübrələr məhsuldarlığın və keyfiyyətin əsas faktoru kimi”, “Mineral gübrələrin effektivliyinin yüksəldilməsi”, “Meyvəçilikdə və pambıqçılıqda xəstəlik və zərərvericilərdən qorunmanın qabaqcıl təcrübəsi”, “Azot gübrələri və onlardan istifadənin qabaqcıl təcrübəsi” mövzularında çıxışlar olub.

Sonra isə mineral gübrələr istehsal edən şirkətlər və onların məhsulları barədə ətraflı məlumatlar verilib.  

Sərgi beynəlxalq şirkətlərin məhsullarının nümayişi ilə davam etdirilib.

22-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ QİDA SƏNAYESİ "WORLDFOOD AZERBAİJAN 2016" VƏ 10-CU YUBİLEY AZƏRBAYCAN BEYNƏLXALQ KƏND TƏSƏRRÜFATI “CASPİAN AGRO 2016” SƏRGİLƏRİNİN RƏSMİ AÇILIŞ MƏRASİMİ KEÇİRİLİBSərgi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Hollandiyanının “Petc+” tədris mərkəzi arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən hər iki təhsil müəssisəsi arasında qarşılıqlı razılaşma əsasında informasiya mübadiləsi, təcrübə səfərlərinin təşkili və fermerlərin maarifləndirilməsi istiqamətində birgə proqramların həyata keçirilməsi nəzərdə tutulub.  

Qeyd edək ki, “WorldFood Azerbaijan" və "CaspianAgro" sərgiləri may ayının 21-nə kimi davam edəcəkdir.