FAO-NUN AZƏRBAYCAN ÜZRƏ TƏRƏFDAŞLIQ VƏ ƏLAQƏLƏNDİRMƏ OFİSİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

Böyütmək | Kiçiltmək

FAO-NUN AZƏRBAYCAN ÜZRƏ TƏRƏFDAŞLIQ VƏ ƏLAQƏLƏNDİRMƏ OFİSİNİN RƏHBƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİBİyunun 29-da Kənd Təsərrüfatı Nazirliyinin aparatının rəhbəri İlham Bayramov Bakıda Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Türkiyə və Azərbaycanda reallaşdırılan “Kənd ərazilərində yaşayan qadınların kəndin davamlı inkişafının sosial-iqtisadi və gender aspektləri üzrə imkanlarının artırılmasına dəstək” layihəsinin sona çatması ilə əlaqədar keçirilən yekun seminarı çərçivəsində FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak və seminarda iştirak etmək üçün Azərbaycana səfər etmiş Türkiyənin Heyvandarlıq, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin müdiri  Volkan Güngören və İnformasiya-məsləhət və nəşriyyat idarəsinin müdiri Gürcan Özdağ ilə görüşüb.

Aparat rəhbəri İlham Bayramov qonaqları səmimi salamlayaraq öncə iyunun 28-də Türkiyədə baş vermiş terror hadisələri ilə bağlı qonaqlara başsağlığı verib.

Aparat rəhbəri İlham Bayramov Azərbaycan ilə Türkiyə arasında əlaqəlarin bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də yüksələn xətlə inkişaf etdiyini vurğulayıb, ikitərəfli əlaqələr ilə yanaşı, bir sıra beynəlxalq təşkilatlar, xüsusilə də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) çərçivəsində ölkələrimiz arasında sıx əməkdaşlığı yüksək qiymətləndirib. Bildirib ki, FAO-Türkiyə Tərəfdaşlıq Proqramı çərçivəsində bu proqrama daxil olan 28 layihədən 8-i regional və 2-si isə milli layihə olmaqla, 10 layihə üzrə benefisiar ölkəmiz olub. Buna görə FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmaka xüsusi təşəkkürünü bildirib.

Aparat rəhbəri Azərbaycanda kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin qorunmasında həyata keçirilən layihələrin müstəsna rolunu qeyd edib. Prioritet sahə kimi pambıqçılığın, baramaçılığn, tütünçülüyün və çayçılığın inkişafında FAO-nun dəstəyinə, həmçinin Azərbaycanda kənd təsərrüfatının müxtəlif sahələri üzrə assosiasiyaların yaradılması, kooperativlərin formalaşdırılmasında da FAO tərəfindən əməli köməklik göstəriləcəyinə ümidvar olduğunu bildirib.  

FAO-nun Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak Azərbaycanın kənd təsərrüfatı sahəsində böyük potensiala malik olduğunu vurğulayıb.

Sonda kənd təsərrüfatının müxtəlif sahələri üzrə fikir mübadiləsi aparılıb.