NAZİR HEYDƏR ƏSƏDOV İSRAİL DÖVLƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ DAN STAVIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜB

Böyütmək | Kiçiltmək

NAZİR HEYDƏR ƏSƏDOV İSRAİL DÖVLƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ DAN STAVIN RƏHBƏRLİK ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞÜBİyun ayının 30-da nazir Heydər Əsədov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stavın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşün məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcək əməkdaşlıq imkanlarının və İsrail Səfirliyinin dəstəyi ilə “NETAFİM” şirkəti tərəfindən həyata keçiriləcək layihənin müzakirəsi olub. Layihənin məqsədi Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan tələbələrin, habelə fermerlərin irriqasiya üsulları sahəsində bilik və təcrübələrini artırmaqdan ibarətdir

Nazir Heydər Əsədov qonaqları səmimi salamlayaraq Azərbaycan ilə İsrail arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlıq imkanlarının çoxşaxəli olduğunu bildirib. Kənd təsərrüfatı sahəsində, xüsusəndə irriqasiya və damcı üsulu ilə kənd təsərrüfatı məhsullarının suvarılmasında İsrail təcrübəsinin öyrənilməsini Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün təhsil prosesində mühüm bir aspekt kimi qiymətləndirib.

Nazir iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və ticarətin asanlaşdırılması məqsədilə baytarlıq və bitki karantini və mühafizəsi sahələrində saziş layihələrinin hazırlanması imkanlarının araşdırılması, kənd təsərrüfatı kooperativlərinin yaradılması və suya qənaət edən texnologiyalar sahələrində əməkdaşlıq, yem istehsalı və heyvanların yemlənməsində İsraildə istifadə edilən qabaqcıl təcrübənin ölkəmizdə tətbiqi, heyvandarlıq məhsullarının emalı və tərəvəz bitkiləri toxumçuluğunun inkişaf etdirilməsi məqsədilə birgə müəssisələrin yaradılması, yetişdirilən bitki toxumlarının qarşılıqlı istifadəsi və mübadiləsi istiqamətlərində əməkdaşlığın gücləndirilməsi, istixana təsərrüfatlarının genişləndirilməsi istiqamətində İsrail təcrübəsinin öyrənilməsi barədə təkliflərini irəli sürüb.

Səfir Dan Stav səmimi qəbula görə təşəkkürünü bildirərək iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin bundan sonra daha da inkişaf etməsi üçün öz səylərini əsigəməyəcəyini bildirib.