QOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUB

Böyütmək | Kiçiltmək

QOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUB
QOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUBKənd Təsərrüfatı Nazirliyi  Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında iyulun 1-də “Dəmyə bölgələrində yeni taxıl sortlarının nümayişi və toxumçuluğun elmi əsaslarla  təşkili”nə həsr olunan elmi-praktiki  müşavirə keçirilib.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb

Kənd Təsərrüfatı Nazirliyinin  Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarındakı yerli qurumlarının nümayəndələrinin və toxumçuluq təsərrüfatları rəhbərlərinin iştirak etdikləri elmi-praktiki müşavirədə Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov iştirakçıları salamlayaraq rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələrində görülən işlərdən, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. 

Elmi-praktiki müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov  çıxış edərək Azərbaycanda aqrar sektorun strateji istiqamətlərindən, bu sahəyə göstərilən dövlət qayğısından danışıb. Vurğulayıb ki,  taxılçılığın inkişafı üçün başlıca vəzifə yeni, xəstəliklərə  davamlı və məhsuldar sortların yaradılması, habelə müasir elmi-texniki yeniliklərə əsaslanmaqla becərmə işlərində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə aparılmasıdır. Bir sıra  QOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUB
QOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUBhallarda  taxılçılıqla məşğul olan fermerlər  bu işləri heç də  lazımi səviyyədə görmür,  taxıl əkinində keyfiyyətli toxumlar əvəzinə adi ərzaq buğdasından istifadə edirlər. Bu isə son nəticədə məhsuldarlığın aşağı düşməsinə və gəlirlərin  azalmasına səbəb olur.

Nazir bu vəziyyətdən çıxış yolu kimi bir sıra tədbirlərin görülməsini, xüsusilə fermerlər arasında maarifləndirmə işlərinin aparılmasını vacib sayıb. Müşavirdə yeni, məhsuldar taxıl sortları və onların perspektivləri barədə də ətraflı məlumat verilib. Mühüm strateji məhsul olan taxılçılıqda yüksək məhsuldarlığa nail olmaq üçün torpaqdan səmərəli istifadənin zəruriliyi,  növbəli əkin sisteminin üstünlükləri, herik şumunun vaxtında və keyfiyyətlə çıxarılmasının vaciblıyi  də vurğulanıb.

QOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUB
QOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUBElmi-praktiki müşavirədə  iştirakçıların sualları cavablandırılıb, onlara taxıl əkinlərinin vaxtında, itkisiz biçilməsi və dərmanlanması barədə bilgilər verilib.

Sonra tədbir Qobustan Bölgə Təcrübə Stansiyasının əkin sahələrində davam etdirilib.  İştirakçılar yetişdirilən taxıl sortları ilə sahədə tanış olublar. Məlumat verilib ki, təcrübə stansiyasının 254 hektar əkin sahəsində 3 mindən çox taxıl və digər dənli-paxlalı bitki sortu və nümunələri becərilir. Bunun 2500-dən çoxu buğda sortudur. Habelə, 100-dən çox noxud nümunəsi vardır. Fermerlər “Bezostiya-1”, “Qızıl buğda”, “Aran”, “Qüdrətli-48”, 
“Dəyanətli”, “Sultan” və digər buğda sortları ilə  maraqlanıblar. Bildirilib ki, bu sortlar hər hektar üçün 40-50 sentner potensial məhsuldarlığa malikdir.

Nümayən- dələr taxıl biçininin gedişi  və yerin şumlanması proseslərini  izləyiblər.

QOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUBQOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUBDaha sonra Nazir Heydər Əsədov yeni istifadəyə verilən Qobustan Kənd Təsərrüfatı İdarəsinin  yeni istifadəyə verilən inzibati binasını gəzib,  yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, müasir arxitektura üslubunda tikilən bina üçmərtəbəlidir, 24 otaqda hər cür lazımı iş şəraiti yaradılıb. Nazir Baytarlıq idarəsinə, Dövlət Toxum Müfəttişliyinin Diaqnostik kabinetinə, Dövlət Baytarlıq və Fitosanitar Nəzarəti xidmətlərinin yerli qurumlarının iş otaqlarına, bitkiçilik və heyvandarlıq sektorlarına baxıb. Bildirilib ki, burada yaradılan şərait rayonda aqrar sahə ilə bağlı problemlərin həllinə töhfə verəcək.

Sonra kənd təsərrüfatı texnikalarına sürücülük vəsiqəsinin elektron qaydada verilmə prosesi ilə tanışlıq olub. Məlumat verilib ki, sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız qeydiyyat İmtahan Məntəqəsi tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir.

Nazir Heydər Əsədov “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb.

 Tədbirdə Qobustan, Ağsu, və Şamaxı rayonlarından olan 57 istifadəçiyə lizinqə verilən, ümumilikdə, 2 milyon 166 min 537,2 manat məbləğində 109 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarına 774 min 24,7 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi Komissiyanın qərarına əsasən, tətbiq olunan güzəşt əsasında QOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUBQOBUSTANDA YENİ TAXIL SORTLARININ NÜMAYİŞİ VƏ TOXUMÇULUĞUN ELMİ ƏSASLARLA TƏŞKİLİNƏ HƏSR OLUNAN ELMİ-PRAKTİKİ MÜŞAVİRƏ OLUBistifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 40 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda, “Aqrolizinq” ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəyən istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib. Bildirilib ki, “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olan elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən, 5895 istifadəçinin lizinqə götürdüyü 13 min 168 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 69 milyon 248 min 588,3 manat məbləğində güzəşt tətbiq edilib.