NAZİR HEYDƏR ƏSƏDOV SİYƏZƏN RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİB

Böyütmək | Kiçiltmək

NAZİR HEYDƏR ƏSƏDOV SİYƏZƏN RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİBMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbul cədvəlinə uyğun olaraq, kənd təsərrüfatı naziri Heydər Əsədov avqustun 19-da Siyəzən rayonunda Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 34 nəfərin müraciətinə baxılıb.

NAZİR HEYDƏR ƏSƏDOV SİYƏZƏN RAYONUNDA VƏTƏNDAŞLARI QƏBUL EDİBQəbula gələn vətəndaşların müraciətləri əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, kənd təsərrüfatı texnikalarının alınmasına kömək göstərilməsi və texniki təminatın artırılması, pay torpaqları ilə bağlı yaranmış problemlərin həlli, örüş sahələrinə subsidiyaların verilməsi, ixtisasa uyğun işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Nazir Heydər Əsədov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək, hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.