MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Böyütmək | Kiçiltmək |

MƏTBUAT XİDMƏTİNİN MƏLUMATISentyabrın 9-da Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev İran İslam Respublikasının Rəşt şəhərində yerləşən Regional Çəltik Tədqiqatı və Təlim Mərkəzinin (CWARice) direktoru Abbas Şahdi, Çəltikçiliyin mexanikləş- dirilməsi üzrə özəl şirkətin rəhbəri cənab Həsəni (Şiraz), çəltiyin emalı üzrə ixtisaslaşmış özəl şirkətin rəhbəri cənab Zarei və CWARice-ın əməkdaşı cənab Bəhramidən ibarət nümayəndə heyətini qəbul edib.

Səfər barədə qısa məlumat verən A. Şahdi bildirib ki, səfərin əsas məqsədi CWARice-ın Texniki İdarəetmə Komitəsinin 2017-ci ildə Azərbaycanda keçirilməsi, CWARice-la imzlanmış Anlaşma Memorandumunun rəsmiləşdirilməsi və çəltikçilikdə dövlət-özəl əməkdaşlığına dövlət dəstəyi məsələlərini müzakirə etməkdən ibarətdir.

Qonaqları səmimi salamlayan nazir müavini İlham Quliyev çəltikçiliyin Azərbaycan üçün əhəmiyyətli bir sahə olduğunu, Azərbaycanda kənd təsərrüfatına, o cümlədən çəltikçiliyə göstərilən dövlət qayğısı, kənd təsərrüfatı istehsalçılarına tətbiq edilən güzəştlər və ayrılan subsidiyalar barədə geniş məlumat verib. Nazir müavin CWARice-ın Texniki İdarəetmə Komiytəsinin Bakıda keçiriləcək növbəti 5-ci toplantısının təşkilinə dəstək veriləcəyini qonaqların diqqətinə çatdırıb. O, həmçinin bildirib ki, çəltikçilikdə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi Nazirliyin diqqətindədidir və bu əməkdaşlığın inkişaf etdirilməsinə daim dəstək veriləcək.