KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNDƏ KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ İSTEHSALÇILARINA SON MƏHSULA GÖRƏ SUBSİDİYA VERİLƏCƏK MƏHSULLARIN SİYAHISI HAZIRLANIR

Böyütmək | Kiçiltmək

 

Sentyabrın 17-də Sabirabad rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafına həsr edilmiş birinci ümumrespublika müşavirəsində qarşıya qoyulmuş vəzifələrin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icrasının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirinin müvafiq əmri ilə işçi qrupu yaradılmışdır. İşçi qrupu on gün müddətində beynəlxalq təcrübə nəzərə alınmaqla kənd təsərrüfatı məhsullarının, o cümlədən pambıq və pambıq məhsullarının istehsalına və emalına görə hüquqi və fiziki şəxslərə subsidiyaların verilməsi prosedurlarının müəyyən edilməsi, subsidiyaların verilməsinin istiqamətləri və məbləğləri, ayrılan subsidiyaların təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, buğda və çəltik səpininə, barama istehsalına və tədarükünə, pambıq, tütün və digər texniki bitkilərin əkilməsinə və “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, eləcə də digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştlə satılan mineral gübrələrə və pestisidlərə subsidiyaların verilməsi mexanizminin daha da təkmilləşdirilməsi barədə təkliflər hazırlayacaqdır.

İşçi qrupuna eyni zamanda müasir texnologiyalar əsasında məhsul istehsalının artırılması məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına son məhsula görə subsidiyaların verilməsi qaydasını, onun şərtləri və məbləğləri barədə təklifləri də hazırlayaraq razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilməsi tapşırılmışdır.